ABŞ-da koronavirusdan ölənlərin sayı yenə artdı

img

06-04-2020 [21:41]


ABŞ-da koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı 10 335 nəfərə çatıb.

Bundan başqa, ABŞ-da 340 minə yaxın şəxs infeksiyanın daşıyıcısıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR