Merkel karantindən çıxdı

Merkel karantindən çıxdı

DÜNYA

03.04.2020, 15:47

Almaniya kansleri Angela Merkel özünütəcriddən çıxaraq iş yerinə qayıdıb.

TASS xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.

Bundan əvvəl A.Merkel koronavirusla bağlı bir neçə dəfə test verib və onların hamısının cavabı mənfi olub.

Xatırladaq ki, kansler ona pnevmokok əleyhinə peyvənd vuran həkimin koronavirusa yoluxmasından sonra ev karantininə qapanmağa qərar vermişdi. O, evindən işləyir və video əlaqələr qururdu/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR