XİN başçıları koronavirusa qarşı mübarizəni müzakirə etdi

img

03-04-2020 [12:30]


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə qırğızıstanlı həmkarı Çingiz Aydarbekov arasında telefon danışığı baş tutub.

“Report” Qırğız Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatda mövcud əməkdaşlığın gündəliyini müzakirə ediblər.

Həmçinin nazirlər koronavirus infeksiyası ilə mübarizədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR