Gürcüstanda xəstəxanalar hazırlıq vəziyyətinə gətirilir

img

03-04-2020 [12:04]


Gürcüstanda xəstəxanalar və ilkin tibbi yardım xidməti hazırlıq vəziyyətinə gətirilir.

 Bununla bağlı Gürcüstanın Baş naziri Giorgi Qaxaria Səhiyyə Nazirliyinə xüsusi tapşırıq verib.

Tapşırığa əsasən, ölkənin bütün tibb müəssisələrinin hazırlıq səviyyəsinə ciddi nəzarət olunacaq.

Qeyd edək ki, Gürcüstanda bu günə qədər koronavirusa 148 nəfər yoluxub, onların 27-si sağalıb. Aprelin ikinci yarısından başlayaraq ölkədə epidemiyanın pik həddə çatacağı gözlənilir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR