Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15-06-2023 [00:08]
Qoç - Mühüm qərarları müzakirə etmək, çətin problemlərin və müşkül məsələlərin həllini tapmaq üçün əlverişli zamandır. İntellektual potensialınız yüksəkdir. Ağır vəziyyətdən çıxış yolu tapacaqsınız.
Günün ikinci yarısında planlaşdırılmamış səfər, yaxın qohumlar və ya dostlardan birinin işləri ilə bağlı harasa yollanmaq zərurəti yarana bilər.
Yaşlı qohumlarla ünsiyyət üçün əlverişli zamandır. Onların təcrübəsindən yararlana bilərsiniz. Gəlirlərin məbləği çox olmayacaq. Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarında yaranan ideyalar sərfəlidir.
Buğa - Günün ilk yarısı o qədər də uğurlu deyil. Emosional fon əlverişsizdir. İstənilən problemi həlli mümkünsüz, hər maneəni keçilməz saymayın. Mühüm qərarların qəbulu üçün münasib zaman deyil.
Maliyyə və əmlakla bağlı məsələləri günün ikinci yarısında tanışlar, şəriklərlə müzakirə etməyin. Mübahisə, ixtilaf riski böyükdür.
Axşam saatlarına yaxın mənfi təmayüllərin təsiri azalacaq. Situasiya stabilləşəcək. Axşam saatları sizi yaxşı xəbərlər və son vaxtlar darıxdığınız insanla görüşlə sevindirəcək. Qonaq qəbul etmək olar.
Əkizlər - Yeni layihə, iş və təşəbbüs üçün pis gün deyil. Dostlar və həmfikirlərlə ünsiyyət sizdə xoş təəssürat yaradacaq. İdeyalarınız dəstəklənəcək, təklifləriniz uzun-uzadı müzakirələr olmadan qəbul ediləcək.
Ailə üzvlərinin qəlbini qırmayın.
Günün ikinci yarısında işlər çox olsa da, çətin vəziyyətə düşmüş insanlara yardım edin. Yaxşı işləriniz diqqətdən kənarda qalmayacaq. Çoxdan bəri rəğbətini qazanmağa çalışdığınız insanın diqqətini axşam saatlarında cəlb edə bilərsiniz.
Səfər və səyahət uğurlu alınacaq.
Xərçəng - Əla gündür. Müsbət təmayüllərin təsiri artacaq. Yaşamın bir çox sahələrində yaxşı dəyişikliklər ola bilər. Hər şey prioritetlərin seçimindən asılılır. Məqsədə və hədəfə doğru konkret, səbatlı addım atmağın zamanıdır.
Çoxdan bəri planlaşdırığınız işin gerçəkləşdirilməsinə günün ikinci yarısında başlaya bilərsiniz. Maraqlı görüşlər, yeni tanışlıqlar istisna deyil.
Əks cinsin mənsubu sizinlə maraqlanır.
Günün ikinci yarısı yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Ən cəsur, ilk baxışdan ekstravaqant təsir bağışlayan ideyalarınızı onlarla bölüşə bilərsiniz. Diqqətli, qayğıkeş olun.
Şir - Sakit, xoş, rahat gündür. Böyük uğurlara nail ola bilməyəcəksiniz. Amma ağır problemlər də yaranmayacaq. Dostlarla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Müzakirələr və diskussiyalar zamanı faydalı məlumatlar əldə edə bilərsiniz.
Kiçik gəlirlər olacaq.
Günün ikinci yarısı müstəqil layihə, problemlərin həllinə yaradıcı yanaşma üçün əlverişlidir. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Ailə və məişət qayğılarının öhdəsindən gəlmək üçün səy göstərin.
Axşam saatlarında ifrat yorğunluq olmayacaq.
Qız - Emosional fon əlverişsizdir. Əhvalınızın pozulması, kiçik məsələlərə görə yaxınlarla mübahisələr istisna deyil. İşdə həmkarlarla sərt davranmayın, rəhbərliyin tapşırıq və tövsiyyələrinə aqressiv reaksiya verməyin.
Günün ikinci yarısında pozitiv olsanız, daha ciddi nailiyyətlər əldə edə bilərsiniz. Planlaşdıırlmamış xərclər, maliyyə itkiləri olsa da, büdcənizə ağır zərbə dəyməyəcək. Axşam saatları dostlarla görüş, romantik təmaslar üçün əlverişlidir. İş, karyera və əmlakla bağlı ciddi nüansları müzakirə etməyin.
Tərəzi - Ehtiyatlı, sayıq olmağın gərəkdiyi gündür. Önəmli məsələləri müzakirə etməklə bahəm, çözmək lazımdır. Ən kiçik məsələyə, xırda detala görə münaqişə yarana bilər. Dəyər verdiyiniz insanla münasibətləri korlamayın.
Günün ikinci yarısında yola çıxmalı olacaqsınız. Bu sizdən vaxt və pul tələb edəcək. Nə istədiyinizi anlayan insanla axşam saatlarında qarşılaşacaqsınız. Həmin şəxs sizi dinləyəcək, yaxşı məsləhətlər verəcək.
Əqrəb - Yaxşı xəbərlər alacaqsınız. Çoxdankı arzularınızdan birini reallaşdıra bilərsiniz. Maliyyə fonu əlverişlidir. Alış-verişə, əyləncə və ya istirahətə pul ayırmaq olar. Yaddaqalan görüş, maraqlı insanla tanışlıq istisna deyil.
Günün ikinci yarısında intuisiya dadınıza çatacaq. Biznesdən uzaq olsanız belə, sərfəli anlaşma və ya sövdələşməyə nail ola bilərsiniz. Təmirə başlamaq, yaşam arealı üçün zəruri əşyaları almaq mümkündür.
Qətiyyətli və ötkəm olun. Yaramaz, ləyaqətsiz insanların qarşısından geri çəkilməyin.
Oxatan - Müsbət təmayüllərin təsiri artacaq. Uğurlu gündür. Rəğbət bəslədiyiniz insanlarla tərəfdaşlığı aktivləşdirin. Fəal olun, problemlərin həllində süst davranmayın.
Yeni romantik münasibətə başlamaqla yanaşı, kəsdiyiniz əlaqələri bərpa etmək olar. Həmin təmaslar əvvəlkilərdən yaxşı olacaq.
Axşam saatlarında yollandığınız məclis və ya yığıncaqda diqqət mərkəzində olacaqsınız. Bunun üçün səy göstərmək gərək deyil. İmiclə cəsur eksperimentlərin zamanıdır. Ekstravaqant əşyalar ala bilərsiniz.
Oğlaq - Adi, rutin işlərlə məşğul olun. Gündəlik məsələləri həll edin, qlobal saydığınız genişmiqyaslı layihəyə və ya ağır işə başlamayın. Yaşamınızda nəyisə köklü şəkildə dəyişmək məsləhət deyil. Seçdiyiniz istiqamətdə kiçik, ahəstə addımlarınızı atın.
Günün ikinci yarısında köhnə dostlarla ünsiyyət sizi sevindirəcək. Yeni tanışlıqlarda isə problemlər müsbət emosiyaları üstələyəcək.
Alış-verişdə mürəkkəb avadanlıq və məişət qurğuları almaq olar. Yaşamınızı yüngülləşdirəcək qacetlərdən yan keçməyin.
Axşam saatlırını sevdiyiniz insanla keçirin.
Dolça - Yaxınlarınızdan biri ilə bağlı önəmli məlumat ala bilərsiniz. Maliyyə çətinlikləri yaranacaq. Onların öhdəsindən gəlmək asan deyil. Hər şeyə rəğmən mürəkkəb situasiyadan çıxış yolu tapın.
Günün ikinci yarısında yeni işləri görmək gərəkdir. Həmin işlər çox vaxt və səylər tələb edir.
Yaşam potensialı yüksək, enerjiniz boldur. İdmanla da məşğul olmaq mümkündür. Axşam saatlarında gəzintiyə çıxmaq pis fikir deyil. Dəvət olunduğunuz tədbirdə yeni tanışlıqlar olacaq.
Balıqlar - Maraqlı, hadisələrlə bol gündür. Axşam saatlarına yaxın yorğunluq hiss edəcəksiniz. Lakin uğurlar və nailiyyətlər də bol olacaq. İşgüzar duyumunuz və intuisiyanız iti olmalıdır. Maliyyə, əmlak məsələlərini həll etmək olar.
Bədxərclik etməyin, pulları ağılla sərf edin. Təhsil və bilik almaq üçün əlverişli zamandır. Günün ikinci yarısında nüfuzlu insanlarla görüşmək, peşəkar fəaliyyətlə bağlı məsələləri müzakirə etmək olar. Romantik münasibətlər baxımından axşam saatları münasib zamandır. Yaşamınızda köklü dəyişikliklər olmayacaq.
Milli.Az
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."
Ukrayna prezidenti Davosda: "Avropa gələcəyi müzakirə etməyi sevir, amma..." - Avropa qorxmamalı, daha cəsaərtli olmalıdır!"
CHP sədri Baxçalıya səsləndi: "Böyüklük elə, raconu kəs!"
Zelenski ABŞ-Rusiya-Ukrayna heyətlərininin görüşəcəyini açıqladı - "Putin niyə mühakimə olunmur?"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qazaxıstan Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub
Məşhur YAP-çı parlamentə çağırış etdi: "Bəzi şərəfsizlər..."
Prezident İlham Əliyev Davosdan bu görüntüləri paylaşdı - VİDEO
Prezident və ailə üzvləri Donald Trampla rəsmi görüşdə - FOTOLAR
Rəsmi Moskva: "Fransa ilə münasibətlərin bərpası mümkün görünmür"
Zaxarova: "Rəsmi Tehran bununla dağıdıcı planı pozdu"
Rusiya XİN: "ABŞ-ın Rusiya vətəndaşlarını buraxmaması..."
Kamran Əsədov yenidən hakim qarşısında: Şahidlər nə deyir? - Ekspert barədə polisə növbəti şikayət olunub
Polis əməliyyatı: iki nəfər 46 kq marixuana ilə qandallandı - VİDEO
Şərurlu İsfəndiyarın restoranında kütləvi dava: iş adam və bloger ətrafı kimə hücum çəkib? - FOTOLAR
Qanunsuz mərc reklamı: klub prezidenti aylıq gəlirini açıqladı
Acun Ilıcalının biznes şəriki qandallandı - Hava limanında
Məmməd Alpayın məhkəməsi başlayıb
Ermənistan Sülh Şurasına necə qoşulub? - XİN açıqladı
Prezidentin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Edin Dzeko "Şalke"yə keçdi - 16 oyunluq müqavilə imzalanıb
"Rəşidsevərlərdən üzr istəyirəm" - Şərif Ağayar
İsrail ordusu Qəzza zolağını bombalayıb
Türkiyə Mərkəzi Bankı faiz və kredit dərəcələriylə bağlı qərar verib - Bir faiz geri çəkildi
ABŞ Kuba ilə bağlı müdhiş plan hazırlayıb - "Ölkə rəhbərliyi ilin sonuna qədər dəyişəcək"
80 yaşlı Misir Mərdanov israrla inkar edirdi, lakin... - Sabiq nazir Ramiz Mehdiyevin arvadının vəzifəsinə "əyləşdi"
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad etdi - Yeni təyinat
Kamran Əliyev prokurorları topladı - Korrupsiya ilə bağlı əməliyyat müşavirəsi keçirilib
ƏRDOĞANIN OĞLUNA VARİSLİKLƏ BAĞLI SUAL VERİLDİ: "Anam ərəb kökənlidir, evdə..." - VİDEO
SƏHİYYƏ SİSTEMİNDƏ DƏYİŞİKLİK: onkoloji xəstələr özəl klinikalarda da pulsuz müalicə alacaq
Prezident Davosda - İlham Əliyev "Sülh Şurası"na üzvlüklə bağlı sənədi imzaladı - VİDEO, FOTOLAR (Yenilənib)
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Almaniyada 250 kq bomba aşkarlanıb
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah hava necə olacaq? - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu