Vətəndaşlara SMS-lə gün ərzində 1 dəfə 2 saatlıq icazə veriləcək - Agentlik rəhbərindən izahat + VİDEO

img

02-04-2020 [23:03]


Aprelin 5-dən Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılır.

Vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

SMS sisteminə bilərəkdən yanlış məlumatlar verənlər, başqa məzmunlu mesajlar göndərilərsə, sui-istifadə halları müəyyən edilərsə, bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriləcək və bu, karantin rejimi qaydalarının pozulması kimi dəyərləndirilir və aidiyyəti üzrə inzibati və cinayət məsuliyyətinə cəlb olunacaq hallardır. SMS tamamilə ödənişsizdir.

Bəs, bu hansı qaydada həyata keçirilməlidir?

Mia.az qafqazinfo-ya istinadən icazə üçün SMS göndərməyin videoizahını təqdim edir:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA