İsrailin səhiyyə naziri koronavirusa yoluxdu

img

02-04-2020 [10:55]


İsraildə "COVİD-19" diaqnozu ilə ölən xəstələrin sayı 29-a çatıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə İsrailin Səhiyyə Nazirliyindən bildirilib.

Hazırda ölkədə koronavirusa yoluxanların sayı 6211 nəfərdir. Onlardan 107 nəfərinin vəziyyəti ağırdır. 289 nəfər isə sağalıb. 

Bundan başqa, İsrailin 71 yaşlı Səhiyyə naziri Yakov Litsman və həyat yoldaşında da koronavirus aşkarlanıb. Hər ikisinin izolyasiyaya alınacağı bildirilir/APA. 

Digər xəbərlər
SON XƏBƏRLƏR