SEPARATÇILAR “SEÇKİNİ” NİYƏ TƏXİRƏ SALMADILAR?
SİYASƏT
31.03.2020, 13:12
Elxan ŞAHİNOĞLU
***
Martın 31-də işğal altındakı Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” keçirilir.“Prezident seçkisində” 14 namizəd var. “Parlament seçkisində” isə 12 siyasi partiya iştirak edir. 33 yerlik “parlamentə” 361 namizəd var.
Dünya koronavirusla mübarizə apararkən, Ermənistanın özündə virusa yoluxanların sayı artarkən, erməni separatçıları “seçkiləri” təxirə salmadılar. Halbuki, “prezidentliyə” namizədlərdən 4-ü virusla əlaqədar “seçkiləri” təxirə saxlamağa çağırış etmişdilər. Demək, həmin “namizədlərin” virusun Dağlıq Qarabağda yayılması haqqında səhih məlumatları var ki, “seçkini” təxirə salmaqda israr etmişdilər. Ermənistanda virusa yoluxanların sayı 500-ə yaxınlaşmışkən, virus işğalçı orduya da sirayət etmişkən, Dağlıq Qarabağda virusun olmaması inandırıcı deyil. Bölgənin separatçı liderləri sadəcə virusa yoluxma hallarını gizlədirlər. Böyük ehtimalla “seçki” bitdikdən sonra virusa yoluxma hallarını etiraf edəcəklər.
Separatçılar virusun yayılmasına rəğmən, “seçkini” niyə təxirə salmadılar?
Birinci səbəb odur ki, separatçılar “seçkinin” təxirə salınmasının Dağlıq Qarabağda qüvvələr arasında gərginliyi artıra biləcəyini düşünürlər. Təsadüfi deyil ki, “seçki kampaniyası” zamanı namizədlər və onların tərəfdarları arasında bir neçə dəfə ciddi qarşıdurmalar oldu. “Seçki” təxirə salınsaydı, qarşıdurmalar arta bilərdi.
İkinci səbəb isə odur ki, separatçılar “seçkinin” təxirə salmasından Azərbaycanın öz məqsədləri üçün istifadə edə biləcəyini düşünə bilərdilər. Yəni hesab edə bilərdilər ki, Azərbaycan ordusu “seçkinin” təxirə salındığı dönəmdə təzyiqi artıracaq. Ona görə də Dağlıq Qarabağda “hakimiyyət” boşluğu yaranmasın deyə separatçılar “seçkini” təyin olunduğu gün keçirməyə qərar verdilər.
Müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda ciddi karantin rejimi tətbiq edilərkən, Dağlıq Qarabağ erməniləri “seçkidə” aktiv iştirak etməyəcək, “seçki məntəqələrinə” axışmayacaqlar. Belə olan halda separatçılar kvorumu şişirtməyə çalışacaqlar. Əks halda seçici aktivliyinin az olduğunu etiraf etməli olan separatçılar “niyə seçkini təxirə salmadız” kimi ciddi sualla üzləşəcəklər.
“Prezidentlik” uğrunda əsas bir neçə namizəd arasında rəqabətin gedəcəyi proqnozlaşdırılır. Bunlar Dağlıq Qarabağın “keçmiş baş naziri” Araik Arutunyan, “parlamentin sədri” Aşot Quluyan, “xarici işlər naziri” Masis Mailyan və “Təhlükəsizlik Şurasının” keçmiş katibi Vitaliy Balasardyandır.
Errmənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda “prezident” kürsüsündə öz adamını otuzdurmaq istəyir. Paşinyan Araik Arutunyanu dəstəkləyir. Paşinyan ən pis halda Masis Mailyanın da “seçilməsinin” əleyhinə deyil. Vitaliy Balasardyan Paşinyanın düşməninin – keçmiş prezident Robert Köçəryanın namizədidır. Bu şəxs “Təhlükəsizlik Şurasının” katibi olanda Nikol Paşinyanı sərt şəkildə tənqid edir, Robert Köçəryanın həbsini pisləyirdi. Paşinyan o zaman belə deyirdi: “Dağlıq Qarabağı idarə edənlərlə görüşəndə mənə etiraz etmirlər, fikirlərimlə razılaşırlar, elə ki, İrəvana qayıdıram, əleyhimə təbliğat aparmağa başlayırlar, statuslar yazırlar". Paşinyan məhz Vitaliy Balasrdyanı nəzərdə tuturdu. Çünki separatçılardan Paşinyan əleyhinə ən çox Balasrdyan danışır və Ermənistanın baş nazirinin əleyhinə statuslar yazırdı. Ona görə də Paşinyan Bako Saakyana təzyiq edirdi ki, o Balasardyanla bağlı ölçü götürsün. Bako Saakyan Paşinyanın tələbini yerinə yetirmək məcburiyyətində qalaraq keçən ilin iyun ayında Vitaliy Balasardyanı vəzifəsindən uzaqlaşdırmışdı.
Dağlıq Qarabağda “prezident” kimliyindən asılı olmayaraq torpaqların işğalından vaz keçməyəcək. Həmin “prezident” Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının və azərbaycanlıların geri qayıtmasının da əleyhinə olacaq. Bu məsələlərdə “prezidentliyə namizədlərin” mövqeyi eynidir. Buna görə də Dağlıq Qarabağda “prezidentin” kim olmasının Azərbaycan üçün fərqi yoxdur.
ATƏT-in Minsk Qrupu həmsədrləri koronavirus yayılan günlərdə tərəfləri atəşkəsə riayət etməyə çağıran bəyanat yaydılar. Bəyanatda bu cümlələr yer almışdı: “Koronavirusla bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi tərəfindən aparılan monitorinqlərin dayandırılmasını nəzərə alaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfləri atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə və bu müddətdə gərginliyi artıra biləcək hər hansı təxribatçı hərəkətdən çəkinmək öhdəliyinə bir daha sadiq qalmağa çağırır”.
Həmsədrlər bu bəyanatla tərəfləri xəbərdar etmək istəyirdlər ki, beynəlxalq aləmin virusla mübarizə apardığı dövrdə, o cümlədən vasitəçilərin bölgəyə gəlişlərinin mümkünsüzlüyü nəzərə alınaraq atəşkəsə riayət edilməlidir. Ancaq həmsədrlər virusun geniş yayıldığı dönəmdə Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” ilə bağlı bəyanat yaymadılar, bunun yersiz olduğunu söyləmədilər. Demək, həmsədrlər işğal və etnik təmizləmə şəraitində, o cümlədən virusun yayıldığı günlərdə həyata keçirilən “seçkilərin” əleyhinə deyillər. Yeganə olaraq Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq erməni separatçılarının keçirdiyi “seçkiləri” qəti şəkildə pislədi. Türkiyə XİN-nin bəyanatında həmsədr dövlətlərin separatçıların keçirdikləri “seçkiləri” pisləməsi çağırışı var idi. Bu çağırış həmişəki kimi eşidilmədi. Həmsədr dövlətlər – Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd “seçkilərə” səssiz qaldılar...
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda TDT Təhlükəsizlik Şuraları katibləri toplandı - İlham Əliyev iştirakçılara müraciət ünvanlayıb
Bugün, 10:50 GÜNDƏM
-
İngiltərədə bir kəndin əhalisi səsverməyə getdi: "Böyük Britaniyadan ayrılırıq..."
Bugün, 10:38 DÜNYA
-
ABŞ-a səfərə hazırlaşan Ərdoğan: "Çox kritik bir dövrə qədəm qoyuruq"
Bugün, 10:31 DÜNYA
-
Azərbaycanda əhalinin sayı artıb
Bugün, 10:11 GÜNDƏM
-
Hikmət Hacıyev: "Revanşist qüvvələr sülh prosesini pozmağa çalışırlar" - "İndi biz müharibəni qazanmışıq, lakin biz sülh dövründə də qalib gəlirik"
Bugün, 10:07 SİYASƏT
-
Bakıda tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans başlayıb
Bugün, 09:56 MƏDƏNİYYƏT
-
AQRAR SIĞORTA FONDUNDA NÖQSANLAR: 2-3 il əvvəl fermerə ödənilən kompensasiyanın sənədləri indi niyə yada düşüb? - Ekspertdən şərh
Bugün, 09:56 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşdı - 6 dollar
Bugün, 09:38 İQTİSADİYYAT
-
Könül Kərimovanın 245 min manatı necə əldən çıxıb? - Məhkəmə prosesi
Bugün, 09:27 KRİMİNAL
-
UEFA Avropa Liqası: 9 oyun keçirildi - Hansı komandalar qalib gəldi? (NƏTİCƏLƏR)
Bugün, 09:18 İDMAN
-
Avropa Liqası: "Sunderland" 53 ildən sonra qələbə qazandı - FOTO
Bugün, 09:16 İDMAN
-
Yağışlı havada "Barselona" rəqibini qol yağışına tutdu
Bugün, 09:05 İDMAN
-
Türkiyədə su anbarına axan çayda minlərlə ölü balıq aşkarlandı - Əhali təşvişə düşüb
Bugün, 09:00 DÜNYA
-
AZAL-ın keçmiş prezidentinin qızı xaricdə bahalı əmlak alıb - 7,5 milyon dollara
Bugün, 08:55 SİYASƏT
-
Lənkəran- Astara magistral yolunda ağır qəza: iki nəfər hadisə yerində ölüb
Bugün, 08:52 KRİMİNAL
-
Kolumbiyada təyyarə qəzaya uğradı: türk iş adamı və 4 sərnişin həlak olub
Bugün, 00:55 DÜNYA
-
İCRA BAŞÇISI FEYSBUK-DAKI SƏHİFƏSİNDƏ "İSLAHAT" APARIR: "Belə bir hal olarsa, xahiş edirəm, yanlış anlamayın və..."
Bugün, 00:48 SİYASƏT
-
İstanbuldan qalxan biznesmenin təyyarəsi enişdə alovlandı - Pilotlar sərxoş imiş (FOTOLAR)
Bugün, 00:35 DÜNYA
-
Pakistan Hindistana nota verdi - İki ölkə arasında gərginlik yenidən böyüdü
Bugün, 00:27 GÜNDƏM
-
Şirvanda "Memarlıq ili"nə "töhfə": binaların aqlayları sökülür, fasad boyalanır, o da ki...
Bugün, 00:15 CƏMİYYƏT
-
YOXLAMA BİTDİ: idarə rəisi, müavin və şöbə müdiri vəzifədən çıxarıldı, müşavirə isə yüksək post həvalə olundu
Bugün, 00:03 GÜNDƏM
-
YANACAQ ZƏNCİRİ QIRILDI, NEFT SÜRƏTLƏ BAHALAŞIR: bir çox dövlətlərdə etirazlar başladı - Dünya qarşısıalınmaz böhrana sürüklənir
Bugün, 00:02 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
FED uçot dərəcəsi barədə qərar verdi - 3 ildən sonra artım...
16.09.2026, 23:02 İQTİSADİYYAT
-
Azərbaycanda zəlzələ oldu
16.09.2026, 22:51 CƏMİYYƏT
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb ölüb
16.09.2026, 22:21 CƏMİYYƏT
-
2027-nin büdcəsi: neftin qiyməti nə qədər proqnozlaşdırılıb?
16.09.2026, 21:16 İQTİSADİYYAT
-
Əli Nağıyev Qazaxıstanda tədbirdə: "Regional təhlükəsizliyə təhdidlər sırasında..."
16.09.2026, 20:09 SİYASƏT
-
Arzuların çiçək açdığı təhsil ocağı - Heydər Əliyev adına məktəbdən reportaj (FOTOLAR)
16.09.2026, 18:26 CƏMİYYƏT
-
Avqustda 179 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib
16.09.2026, 18:12 GÜNDƏM
-
SOCAR Afrikada neft-qaz yatağından pay aldı
16.09.2026, 18:00 İQTİSADİYYAT
-
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Əfqanıstanda görüşlər keçirib
16.09.2026, 17:56 DÜNYA
-
Türkiyə və İran XİN başçıları müzakirə apardı - Telefonda
16.09.2026, 17:49 DÜNYA
-
"Yelo Bank"ın Müşahidə Şurasının üzvü bankdan ayrılıb
16.09.2026, 17:37 İQTİSADİYYAT