MDHP funksioneri: "Vəziyyətdən sui-istifadə halları var..."
SİYASƏT
31.03.2020, 00:42
Koronovirus pandemiyası dünyanı iflic edib. Virus təhlükəsi dövlətlər, insanlar arasında virtual ünsiyyətin qurulmasını, özünü izolyasiyanı tələb edir.
Heç şübhəsiz ki, dünya dövlətləri insanları qorumaq naminə birgə hərəkəti üstün tutur və bu istiqamətdə müəyyən addımlar atılır. Virus təhlükəsi prosesə laqeyd yanaşmanı inkar edir və hər kəsin üzərinə böyük məsuliyyət qoyur. Belə bir şəraitdə Azərbaycanın siyasi müxalifət partiyalarının fəaliyyətində nələr müşahidə olunur?
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) funksioneri, Türk Hərəkatı İctimai Birliyinin sədri Həbib Ələkbərsoy bu və ya digər məsələlərlə bağlı müsahibəsində bir çox nüanslara aydınlıq gətirib.
- Həbib bəy, Koronavirusun tüğyan etdiyi bir vaxtda Azərbaycan siyasi partiyaları arasındakı münasibətlərdə nə dəyişib, hansı birlikdəlik müşahidə olunur və problemlə bağlı hansı addımlar atılır?
- Bütövlükdə ölkənin virusla mübarizəyə köklənməsi fonunda təkcə partiyalarla bağlı deyil, bütün qrup və ya fərdi maraqlar tamamilə dondurulmuş vəziyyətdədir. Partiyalarda onlayn fəaliyyətə üstünlük verilir ki, bu da hazırkı məqamda yalnız və yalnız daxili prosedur qaydaların icrası zərurətindən yaranır. İndi istənilən siyasi aktivlik uğursuzdur və təxribat xarakterlidir. O baxımdan, hər hansı bir birlikdəliyin yaranması və ya münasibətlərin yaxınlaşmasından söhbət gedə bilməz və bu əhəmiyyətsiz bir məsələdir. O ki, qaldı problemlə bağlı birgə hansısa addımlar atılmasına, elə bir birlikdəlik də müşahidə olunmur və buna heç ehtiyac da yoxdu. Pandemiyanın ölkədə qarşısının alınması tədbirlərinə dəstək hər kəsin insanlıq və vətəndaşlıq borcudur. Hər bir nüfuzlu fərd və təşkilat da bu mübarizəyə öz töhfəsini verməlidir.
- Virus təhlükəsi əslində siyasi partiyalardan hansı zəruri addımların atılmasını tələb edir. Siyasi partiyaların kütləvi aksiyaları təxirə salmasını, eləcə də partiyadaxili tədbirlərin keçirilməsinə qadağaları vəziyytdən çıxış yolu hesab etmək olarmı və hansı maarifləndirici addımlara ehtiyac var?
- Partiyalar ayrılıqda da virusla mübarizədə üzvlərinin səfərbər olması çağışışını edə bilərlər. Üzvü olduğum Milli Dirçəliş Hətəkatı Partiyasının sədri cənab Fərəc Quliyev bu məzmunda partiya üzvlətinə videomüraciət edib.
Qeyd etdiyim kimi, fikrimcə nüfuzlu partiyalar müəyyən qədər insanı ətraflarında topladıqları üçün bütün ölkə əhəmiyyətli məsələlərdə xalqın və dövlətin mənafeyi naminə aparıcı missiyaya köklənməli, üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir. Belə bir təhlükəli məqamda isə ümumiyyətlə, hər hansı qrup marağından sohbət gedə bilməz. Mən öz partiyamızla bağlı deyə bilərəm ki, MDHP üzvlərinin virusla mübarizədə həm sosial fəallıq göstərmələrini, həm də bu yöndə dövlət strukturlarına yaxından kömək etməyi zəruri addım hesab etdiyi üçün, bununla bağlı sədrın ətraflı müraciəti olub və rayon təşkilatları sədrlərinə, eləcə partiyanın fəaliyyətdə olan departamentlərinə tapşırıqlar verilib.
Sualınızın ikinci hissəsinə gəlincə, tədbirlərin keçirilməsi onsuz da qadağandır, bu, partiyanın mübarizədə xidməti sayıla bilməz. Ancaq maarifləndirici addımlara həqqətən də böyük ehtiyac var. Bütün mövcüd resursslardan istifadə edilməldir. Artıq karantin şərtlərinin gobud şəkildə və bəzən kütləvi olarq pozulması, biganəliyin və cahilliyin göstəriciləridir. İnzibati qaydalarla yanaşı, maariflənmə ilə xalqa təhlükənin mahiyyəti aşılanmalıdır. Dovlət yas mərasimini qadağan etdiyi halda, evlərə başsağlığına axın-axın adamların getməsi və evlərdə, mənzillərdə toplanması, 65 yaş həddinin kütləvi şəkildə pozulması, qonaq getmələrin və s. kimi halların qarşısını inzibati yollarla almaq mümkün deyil. Bunun üçün maariflənməyə ehtiyac var ki, burda da qeyd etdiyim kimi həm təşkilatlar, həm də fərdlər bütün mümkün resursslardan istifadə etməlidirlər. Maarifləndirici materialların hazırlanmasından, öz yaxınları ilə mütəmadi söhbətlərin aparılmasına qədər istənilən təşəbbüsün və addımın bir xeyri vardır.
Misal üçün, bizim ailədə üzr istəyirəm, 3 yaşlı övladımın "Evdə qal Azərbaycan, mən yaşamaq istəyirəm" ifadəsini səsləndirdiyi qısa videoroloki hazırlayıb sosial şəbəkələrdə yayıblar. Kifayət qədər təsirli cavablar gəlib. Demək ki, 3-4 saniyəlik bir rolikin müəyyən qədər rolu oldu.
Yəni, bir var insanların faciyə və onun miqyası barədə məlumatlı olmaları, bir də var onun mahiyyətini dərk etmələri. Maarifləndirmə təkcə məlumat verməklə yekunlaşmır, həm də bunu mahiyyət etibari ilə xalqa aşılamaq lazımdr ki, bu da istər qurumların, istər də fərdlərin mənəvi borcudur.
- Belə deyilir ki, virus dünya düzənini dəyişir, bəs bu proses siyasi müxalifət düşərgələrində hansı dəyişimlərə səbəb ola bilər?
- Mən elə qiymətəndirmirəm ki, virus dünya düzənini dəyişir və hesab etmirəm ki, bu, müxalifət düşərgəsində hansısa dəyişimlərə səbəb ola bilər. Belə deyək, indi bütün dünyada fövqəladə vəziyyət yaranıb ki, yaranmış vəziyyətdən çıxmağın yolu da virusa qarşı ciddi mübarizədən keçir. Ölkə miqyasında bayaq necə qeyd etdiksə, eyni yanaşmanı dünyaya da şamil etmək olar. Belə bir vəziyyətdə hansı hərbi, iqtisadi və s. maraqları təmin etmək olar?! Buna cəhd edən ən çox zərbəni özü almış olar.
Ölkə daxilində də həmçinin, vəziyyətdən sui-istifadə halları var və bu da olduqca həm xaincə, həm də ağılsız davranışdı. Bu cür cəhdlər nəinki qəbulolunan deyil, umumiyyətlə nifrətə layiqdir.
Ona görə də virusla bağlı hər hansı dəyişikliyin olacağını söyləmək absurddur. Bütün partiyalar hər zaman necə davranıblarsa, bu məqamda da analoji mövqe sərgiləyirlər.
- Belə bir kritik zamanda "5-ci kolon" təhlükəsi və Azərbaycan üçün müəyyən təhlükənin yarandığı da qeyd olunur, müəyyən narahatlıqlar var. Müxalifət özü bu “5-ci kolon”la mübarizədə hansı addımları atmalıdır və atırmı? Ümumiyyətlə, "5-ci kolon hansı cəhbədə yaranır?
- Azərbaycan müstəqilliyini qazanan gündən, hətta bundan əvvəl ölkədə "5-ci kolon" yaradılıb və biz hər zaman bu fəaliyyəti müşahidə etmişik. Bütün məqamlarda dövlətçilik maraqlarının zəiflədilməsində bu şəbəkədən istifadə olunub. "5-ci kolon" hər yerdə ola bilər: dövlət orqanlarında, parlamentdə, mətbatda, iqtidar və ya müxalifət partiyalarında, hətta məhkəmə sistemində. Tapşırıq veriləndə icra mexanizmi işə düşür və hər kəs öz mövqeyinə uyğun tapşırıqları icra edir. Və çox hallarda "5-ci kolon"-a xidmət etdiyini bilməyən vətəndaşlar olur. Bir də, bunların mütəmadi missiyası dövlətin və dövlətçilik prinsiplərinin zəiflədilməsidir.
Ona görə də "5-ci kolon"-la mübarizə hər kəsin vətəndaşlıq borcudur. Müxalifət partiyalarının da demək olar əksəriyyəti bu mübarizədə iştirak edir. Lakin, MDHP-nin "5-ci kolon"-a qarşı mübarizəsi prinsipiallığı ilə nəzrəçarpacaq şəkildə fərqlənir. Bizim partiyanın "5-ci kolon"-la mübarizəsini mən nümunə olaraq təqdim edirəm ki, biz hesab edirik ki, bu cür şəbəkələr həm ictimaiyyətdə ifşa olunmalı, həm də dövlətə qarşı xəyanətlərinə görə ən sərt inzibati qaydalarla cəzalandırılmalı, fərdlər həds edilməli, qurumların isə fəaliyhətlərinə qadağalar qoyulmalıdır./baxar.az/
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
TƏBİB-də daha bir dəyişiklik - Departament müdiri təyinatı oldu
Bugün, 12:34 GÜNDƏM
-
Prezident İlham Əliyev Donald Trampı təbrik etdi - MƏTN
Bugün, 10:09 GÜNDƏM
-
Azərbaycan nefti bahalaşdı
Bugün, 09:02 İQTİSADİYYAT
-
DÇ-2026: 1/8 final mərhələsinin bütün qarşılaşmaları bəlli oldu
Bugün, 08:54 İDMAN
-
Suriya Prezidenti aktrisanı deputat etdi – FOTOLAR
03.07.2026, 19:30 DÜNYA
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan Bkaıda hakim qarşısında - Məhkəmə iclası + FOTOLAR
03.07.2026, 19:17 GÜNDƏM
-
Əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə Türkiyə ilə təcrübə mübadiləsi aparılıb - FOTOLAR
03.07.2026, 18:57 PRESS
-
Kənd təsərrüfatı nazirinin müşavirinə yeni vəzifə verildi
03.07.2026, 18:48 İQTİSADİYYAT
-
Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı danışdı: "Bu ideya şəxsi ehtiyacdan yarandı"
03.07.2026, 18:01 MƏDƏNİYYƏT
-
Almaniya yığmasının baş məşqçisi istefaya göndərildi
03.07.2026, 17:49 İDMAN
-
“iPhone 18 Pro”nın gizli məlumatları sızıdrılıb
03.07.2026, 17:26 İQTİSADİYYAT
-
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
03.07.2026, 17:17 GÜNDƏM
-
Coratda dənizdə iki nəfər batıb - Birinin meyiti çıxarılıb
03.07.2026, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
03.07.2026, 17:00 İQTİSADİYYAT
-
İngilis həkim 36 yaşlı modeli doğrayıb
03.07.2026, 16:41 DÜNYA
-
Dəniz Göktaşın barəsində həbs qətimkan tədbiri seçildi
03.07.2026, 16:23 MƏDƏNİYYƏT
-
ABŞ lideri: “İran demək olar ki, hər şeyə razılaşıb”
03.07.2026, 16:09 DÜNYA
-
Türkiyədə bələdiyyə sədrinin köməkçisi tutulub - Şok ittihamlar
03.07.2026, 15:57 KRİMİNAL
-
Azərbaycan rəsmiləri İranın sabiq Ali rəhbərinin dəfn mərasimində - FOTOLAR
03.07.2026, 15:56 SİYASƏT
-
CHP-li deputatın başı qaldadır - Qardaşı oğlu saxlanılıb
03.07.2026, 15:43 SİYASƏT
-
Türkiyədən Əli Xameneinin dəfn mərasiminə kimlər qatılıb? – FOTOLAR
03.07.2026, 15:28 DÜNYA
-
Magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat başlayır
03.07.2026, 15:18 GÜNDƏM
-
Dəniz Göktaşın polisdə verdiyi ifadə yayıldı: "İttihamları qəbul etmirəm"
03.07.2026, 14:49 MƏDƏNİYYƏT
-
Bakıda iki nəfər 19 kiloqramdan artıq narkotiklə tutulub
03.07.2026, 14:34 KRİMİNAL
-
Pakistanda avtobus qəzası: 40 nəfər hadisə yerində ölüb
03.07.2026, 14:27 DÜNYA
-
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
03.07.2026, 14:22 GÜNDƏM
-
İran Ordusunun Komandanı: “Xameneinin qisasını alacağıq”
03.07.2026, 14:09 DÜNYA
-
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib
03.07.2026, 13:54 GÜNDƏM
-
"Kəpəz"in İdarə Heyətinin yeni sədri seçilib
03.07.2026, 13:38 İDMAN
-
"Baxın, Fon der Lyayenin 4 il əvvəlki və indiki səfərinin kontekstinə..." - ZAHİD ORUCLA MÜSAHİBƏ
03.07.2026, 13:23 SİYASƏT
-
Rusiyanın nəhəng şəhərində benzin tükəndi – Satış dayandı, meriya açıqlama yaydı
03.07.2026, 13:08 İQTİSADİYYAT
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ: hansı qanunlar dəyişir? - SİYAHI
03.07.2026, 12:56 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
03.07.2026, 12:43 CƏMİYYƏT
-
Hikmət Hacıyev Bakıya gələn məşhur professorla müzakirə apardı: "Azərbaycanın orta güc kimi artan rolu..."
03.07.2026, 12:38 SİYASƏT