ABŞ-da körpə koronavirusdan öldü

img

29-03-2020 [10:17]


ABŞ-ın Çikaqo şəhərində yeni növ koronavirusun səbəb olduğu xəstəliyin aşkarlandığı 1 yaşı tamam olmamış körpə ölüb.

TASS xəbər verir ki, bu barədə İllinoys ştatının Səhiyyə Departamentinin rəsmi saytında məlumat verilib.

Qeyd olunub ki, buna qədər COVID-19 ilə əlaqədar körpə ölümü hadisəsi olmamışdı və bu, ilk belə haldır.

Departamentdən yaşlı insanların daha çox yeni növ koronavirusa yoluxma riski olduğu qeyd edilib. 

“İllinoys ştatında yeni növ koronavirusdan ölənlərin 85%-ni 60 və daha çox yaşı olan insanlar təşkil edir. Eyni zamanda, müxtəlif yaşlarda olan insanlar xəstəliyi ağır keçirir”, - qurumun məlumatında deyilir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA