Günel Mövlud Almaniyaya köçüb

img

26-09-2013 [11:37]


Tanınmış yazar Günel Mövludun Almaniyaya mühacirət etdiyi xəbəri yayılıb. Deyilənə görə, o, Azərbaycanı birdəfəlik tərk edərək xaricə köçüb. Bu xəbərə yazar-şairənin özündən rəy aldıq. Günel Mövlud özü haqda yayılan bu xəbəri təkzib edərək bildirdi ki, Almaniyaya "Meydan” tv ilə müqavilə bağladığı üçün gedib: "Mən və həyat yoldaşım "Meydan” tv ilə 3 aylıq müqavilə bağlamışıq. Bu 3 ay ərzində Almaniyada qalacağıq. Sonra necə olacağı hələ ki, nə "Meydan” tv-yə, nə də bizə məlum deyil. Almaniyadan da bu müddət üçün işçi vizasi almışıq. Almaniyaya getməyimin səbəbi təkcə budur”.

Günel Mövlud seçkidə Berlində olacağını bildirdi: "Hazırda Berlindəyik və seçki ərəfəsində, ondan sonra da bir müddət burdayıq. Hələ ki, konkret 3 aylıq viza almışıq. Viza bu müddətdə olduğu üçüm də "Meydan” tv ilə 3 aylıq müqavilə bağlamışıq.”

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib