Fuad Muradovun haqqında sensasion bəyanat yayıldı: "Prezidenti və atamı nüfuzdan salmağa xidmət edir"
16-03-2020 [14:12]
“Qazaxlı Alik” kimi tanınan Alik Muradovun öğlu Rəhman Muradov doğma qardaşı, Milli Fədailər Hərəkatı deyilən qurumun rəhbəri Fuad Muradovun haqda sensasion bəyanat verib.
Mia.az xəbər verir ki, Rəhman Muradov sosial şəbəkədə ki səhifəsində kiçik qardaşı Fuad Muradovun hərəkətlərinin artıq dözülməz həddə çatdığnı vurğulayıb:
“Atamın və mənim çox yerlərdə adımızı hallandıraraq sui-istifadə edən bu vicdansiz ətrafına fədai adı altında adı dəfələrlə dələduzluqda hallanan şəxsləri yiğaraq, heç bir yerdə qeydiyyatdan keçməmiş "qurum" yaradaraq Prezidenti və atamı nüfuzdan salmağa xidmət edir.
Qardasım hansısa üzdəniraqlar tərəfindən idarə edilir, heç bir hüquqi əsası olmadan dövlət adından danışır, yüksək vəzifədə çalışan səxslər tərəfindən himayə olunması ilə bağlı fikirlər səsləndirilir. Mən burdan güc strukturlarına üzümü tutub deyirəm: Hal-hazırda ölkədəki durum göz qarşısındadır. Biz hamımız Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşməli olduğumuz halda, mənim kiçik qardaşım hansısa qara qüvvələrin tapşırığı ilə guya Əli Kərimlinin evi qarşısında mitinq edəcəyini deyərək, etiraz və xaos yaranmasına səbəb yaradaraq özü gizlənir, əhalinin meydanlara çıxmasına, ölkədə qarışıqlıq yaranmasına təkan verir. Xahiş edirəm ki, Fuad Muradovun bu günü və keçmişi ilə bağli araşdırma aparılsın və bu özbaşınalığa, son qoyulsun. Görün qardaşım nə vəziyyətdədir ki, öz şəxsi maraqları üçün atamı və məni xalq düşməni kimi təqdim edir.
Hörmətli güc strukturları, qardaşım Fuad barədə vaxtında tədbir görülməsə bilin ki, o fürsət tapıb xaricə qaçan kimi Maqsud Mahmudovdan betər olacaq. Sonra demədi deməyin. Buna kim icazə verib ki, Prezidentin təyin etdiyi məmuru çəkərək öz maraqları və digər insanların marağını təmin etmək üçün təhqir edə, imicinə xətər yetirə?! Bu insanı bu oyunlardan çixmağa vadar edən qüvvə və ya qüvvələr kimlərdir? Dövlətin nəzarət edən orqanları var, mediası var. Sən kimsən ki, araşdırma aparırsan, təlxəklik edirsən?! Mən heç bir partiya və qurumun üzvü deyiləm. Heç bir "qucaq" axtarmadan, heç bir təmənna güdmədən dövlətimin yanındayam. Mən bu dövlətin qanunlarına inanaraq hesab edirəm ki, yaxın günlərdə bu hadisələrə son qoyular. Fuad Muradov və onun yanındakılar, xaricdə olan, dezinformasiya ötürərək insanların nüfuzuna xələl gətirdikləri havadarları, buradakı ozünü media adlandıraraq mənfəət xətrinə ölkəyə zərbə vuran dırnaqarası medialar barədə lazımi araşdırmalara başlanılar”.
Rəhman Muradov daha sonra yazıb ki, baş verənlərlə bağlı mətbuat konfransı keçirmək istəsə də, atasının göstərişilə təxirə salıb: “Əziz dostlar, söz verdiyim kimi bu gün mətbuat konfransı keçirəcəkdim. Lakin atamın göstərişindən sonra müəyyən vaxta qədər təxirə salındı. Bildiyiniz məlum mövzu ilə bağlı atam Alik Muradov özü şəxsən açıqlama verəcək”.

Fuad Muradov isə Demokrat.az-a açıqlamasında qardaşının yazdıqlarını yalan adlandırıb. “Yazdıqları tamamilə yalandır və təşkilatımızın adına yapışmayan bir qardaş iftirasıdır. Ona qoşulanlar da bunu yaxşı dərk edir.
Qardaşım məni nə qədər küçümsə də, o, özü milli fədailər hərəkatınin fədakar lideri Fuad Muradovun sevimli qardaşı kimi insanların beyninə həkk olunacaq. Bizi fərqli siyasi düşüncə yox, doğmalıq, eyni qan bağlayır”, - deyə Fuad Muradov bildirib.
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı