Əli Əhmədov komissiya sədri təyin olundu

img

11-03-2020 [19:44]


Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyası ilə əlaqədar yaradılmış Dövlət Komissiyasına yeni sədr təyin edib.  

Mia.az xəbər verir ki, bu, dövlət başçısının bu gün imzaladığı “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Baş Nazirin müavini Əli Əhmədov komissiyanın sədri təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA