Eldar Əzizov Bəxtiyar Hacıyevin piket istəyinə "yox" dedi

img

04-03-2020 [12:13]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Bəxtiyar Hacıyevin martın 2-də quruma ünvanladığı 5 mart saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməsinə icazə evrilməsi ilə bağlı müraciətinə cavab verib.

Mia.az xəbər verir ki, meriya məktubunda müraciətin “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 5-ci maddəsinin I və II hissələrinin tələblərinə cavab vermədiyini bildirib:

“Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar bəzi seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan hallar araşdırılıb, həmin seçki məntəqələrində seçkilərin nəticələri ləğv edilib. Məsələ ilə bağlı toplantı keçirmək yox, aidiyyatı üzrə müraciət etmək tövsiyə edilir”.

BŞİH qeyd olunanları nəzərə alaraq planlaşdırılan piketin keçirilməsini məqsədəuyğun hesab etməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA