Daha bir partiya lideri PA-ya dəvət edilib: "Səmərəli söhbətimiz oldu”

img

29-02-2020 [18:00]


Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa da Prezident Administrasiyasına dəvət olunub.

Mia.az xəbər verir ki, bu barədə Fazil Mustafa sosial şəbəkədəki hesabında açıqlama yayıb.

Bildirib ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə onunla görüşüb: “Partiyamızın fəaliyyəti, parlament çalışmalarımız, iqtidar və müxalifət partiyaları arasında münasibətlər mövzusunda səmərəli söhbətimiz oldu”.

Xatırladaq ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, ReAL Partiyasının sədri İlqar Məmmədova və Müsavat başqanı Arif Hacılını da PA-ya dəvət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA