"Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir" - Prezident Artur Rasi-zadəni qəbul etdi, orden verdi + FOTOLAR
GÜNDƏM
27.02.2020, 20:09
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Artur Rasi-zadəni yubileyi münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib:
- Hörmətli Artur müəllim, ilk növbədə, sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz uzun illər ərzində Azərbaycanın inkişafı naminə fəal işləmisiniz, həm sovet dövründə, həm müstəqillik dövründə.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında uzun illər fəaliyyət göstərmisiniz. Heydər Əliyev hələ 1970-ci illərin sonlarında sizi çox məsul bir vəzifəyə təyin etmişdir - Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsinə. O vaxt - sovet dövründə Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı üçün bu komitənin xüsusi rolu var idi və hələ gənc yaşında ikən bu böyük vəzifə sizə həvalə edilmişdi.
Ondan sonra həm Mərkəzi Komitədə, həm Nazirlər Kabinetində yüksək vəzifələrdə işləmisiniz. Müstəqillik dövründə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan üç il sonra sizi Baş Nazir vəzifəsinə təyin etmişdir. Siz 22 il bu vəzifədə fəal işləmisiniz və ölkəmizin inkişafına böyük töhfələr vermisiniz. Bu 22 ilin 15 ilini biz sizinlə bərabər işləmişik və bu illər ölkəmizin iqtisadi inkişafı üçün çox önəmli illər olubdur. Azərbaycan bu illər ərzində çox sürətlə inkişaf edib və iqtisadi inkişafın templərinə görə dünya miqyasında lider dövlətdir. Bütün bu müsbət nailiyyətlərdə sizin də böyük əməyiniz, payınız var. Hesab edirəm ki, bu 15 il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edilmişdir, ölkəmizin sənaye potensialı böyük dərəcədə artmışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, vətəndaşların rifah halı yaxşılaşdırıldı. Maaşların, pensiyaların orta hesabla təqribən 8-10 dəfə artması bunun əyani sübutudur.
Bu gün Azərbaycan möhkəm ayaqda duran güclü dövlətlər sırasındadır və istənilən sınaqdan şərəflə çıxa bilmişdir. O cümlədən bir neçə il bundan əvvəl dünyada baş vermiş iqtisadi, maliyyə böhranı bizə təsir etsə də, hesab edirəm ki, biz bu vəziyyətdən ən az itkilərlə çıxa bilmişik. Həmin müddətdə təbii ki, biz daim təmasda idik və hesab edirəm ki, vaxtında atılmış addımlar bizi böyük problemlərdən sığortalaya bilmişdir.
Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir. 2005-ci, 2010-cu, 2015-ci illərdə siz mənim tərəfimdən “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunmusunuz. Hesab edirəm ki, bu da dövlət tərəfindən sizin fəaliyyətinizə verilən ədalətli qiymətdir.
Yubileyiniz ərəfəsində mənim Sərəncamımla siz 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmisiniz. Baxmayaraq ki, siz artıq təqaüddəsiniz, ancaq həm keçmiş xidmətləriniz, həm də bu gün fəal və birmənalı mövqeyiniz nəzərə alınaraq bu yüksək ordenlə təltif edilmisiniz. İcazə verin, bu ordeni sizə təqdim edim.
Prezident İlham Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini Artur Rasi-zadəyə təqdim edib.
Artur Rasi-zadə deyib:
- Möhtərəm cənab Prezident, mənim əməyimə verdiyiniz qiymətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mən fəxr edirəm ki, uzun illər ərzində Ulu Öndərin şagirdi və silahdaşı olmuşam. Mən fəxr edirəm ki, Siz 2003-cü ildən başlayaraq gərgin fəaliyyətiniz nəticəsində Azərbaycanı bütün istiqamətlərdə tərəqqi və inkişaf yoluna çıxardınız. Mən tam əminəm ki, gələcək illərdə də bu tendensiya davamlı olacaq. Bu barədə mənim heç bir şübhəm yoxdur.
Cənab Prezident, mən Sizə cansağlığı, uzun ömür, uğurlar arzulayıram. Tam əminəm ki, respublikamızın mövqeyi gələcək illərdə həm daxildə, həm də xaricdə indikindən də yüksək olacaq. Mənə göstərdiyiniz diqqətə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Arzu edirəm ki, Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun. Mən buna tam inanıram. Hamı bilir və istəyirəm ki, bu haqda mənim dilimdən bir daha eşitsinlər: Sizin Silahlı Qüvvələrə həmişə birinci növbədə diqqətiniz təbii ki, bizim döyüş qabiliyyətimizi dəfələrlə artırdı, dəfələrlə. Ümumiyyətlə, inkişafdan danışsaq, mən səhərə kimi danışa bilərəm. Siz özünüz çıxışınızda əsas məsələlərə toxundunuz. Mən bir daha Sizə dərin təşəkkürümü bildirirəm. Düşünürəm ki, “Vətənə xidmət”dən yüksək söz ola bilməz. Ona görə xahiş edirəm bir daha dərin təşəkkürümü qəbul edəsiniz. Sizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, nə qədər qismət olsa, biz həmişə Sizin fəaliyyətinizdən və işlərinizdən şadlanaq. Mən tam əminəm ki, belə də olmalıdır.
Bir daha çox sağ olun.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
19-20 sentyabrdakı antiterror əməliyyatı: tarixi ədalət və uğur!... - TƏHLİL
Bugün, 14:44 SİYASƏT
-
"Kim tənqid edirsə, özü bilər" - "Üzeyir bizim qardaşımızdır, mən də istədim ki, muğamı bir az gəncləşdirim”
Bugün, 13:42 MƏDƏNİYYƏT
-
QULU AĞSƏSİN YENİ ŞEİRİ... - VİDEO
Bugün, 13:31 MƏDƏNİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:40 GÜNDƏM
-
Ceyhun Bayramov Nyu Yorka gedib
Bugün, 10:26 GÜNDƏM
-
AZAL-ın keçmiş prezidentinin ABŞ-dan sonra Londonda da mülkləri ortaya çıxdı - FOTOLAR
Bugün, 09:07 GÜNDƏM
-
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Bugün, 00:02 GÜNDƏM
-
“Trabzonspor”- “Qalatasaray” derbisi: 2 qırmızı kart, 4 qol...
19.09.2026, 23:58 İDMAN
-
Mehriban Əliyeva: "Qoy xalqımızın həmrəyliyi, suverenliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!"
19.09.2026, 21:52 GÜNDƏM
-
İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
19.09.2026, 18:16 GÜNDƏM
-
Bilgəhdə 2 nəfər dənizdə batıb
19.09.2026, 17:26 CƏMİYYƏT
-
Baş inspektor rəis təyin olunub
19.09.2026, 17:03 İQTİSADİYYAT
-
Həbsinə heç kim inanmırdı... - Adnan Əhmədzadə bir ildir həbsdədir + FOTOLAR
19.09.2026, 16:31 SİYASƏT
-
“Bank Respublika”nın “AccessBank”ı almasına “Paşa Bank”dan - Reaksiya
19.09.2026, 16:28 İQTİSADİYYAT
-
Məşhur vəkilin Azərbaycandan çıxışına "STOP" qoyulub
19.09.2026, 15:47 SİYASƏT
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb
19.09.2026, 15:24 KRİMİNAL
-
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir - SİYAHI
19.09.2026, 14:55 CƏMİYYƏT
-
Prezident İlham Əliyev keçmiş futbolçu haqda sərəncam imzalayıb
19.09.2026, 14:30 GÜNDƏM
-
Prezident onları təltif etdi - SİYAHI
19.09.2026, 14:04 GÜNDƏM
-
Anar Ələkbərov Milli Qəhrəmanın ailəsində qonaq olub, toyda iştirak edib - FOTOLAR
19.09.2026, 13:44 GÜNDƏM
-
Məşhur YAP-çı: "2026-cı ili maraqlı hadisələrlə başa vuracağıq" - "Ramiz Mehdiyev və onun havadarları YAP-ın rəhbər orqanlarından uzaqlaşdırılmalıdır"
19.09.2026, 13:29 SİYASƏT
-
Elçin Yusubov Rumıniya Prezidentinin müşaviri tərəfindən qəbul olunub, Alba-Yuliya şəhərinin meri ilə görüşüb - FOTOLAR
19.09.2026, 13:07 GÜNDƏM
-
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
19.09.2026, 12:50 SİYASƏT
-
SOCAR-da növbəti dəyişiklik - Yeni təyinat oldu + FOTO
19.09.2026, 12:40 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
19.09.2026, 12:30 GÜNDƏM
-
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı - FOTOLAR (YENİLƏNİB)
19.09.2026, 12:06 MƏDƏNİYYƏT
-
Bakıda daha bir ailə faciəsi: 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi endirib
19.09.2026, 11:55 KRİMİNAL
-
Mədət Quliyev oğlu ilə toyda - FOTO
19.09.2026, 11:32 MƏDƏNİYYƏT
-
Hasil Abbasov özünə komanda formalaşdırır
19.09.2026, 10:21 CƏMİYYƏT
-
Azərbaycan nefti bahalaşdı
19.09.2026, 09:34 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
19.09.2026, 00:01 CƏMİYYƏT
-
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18.09.2026, 21:45 MƏDƏNİYYƏT
-
Keçmiş diktor Sevda Saleh vəfat edib
18.09.2026, 21:37 PRESS
-
Paşinyan: "Mən bu mükafata eyni dərəcədə layiq olan İlham Əliyevə minnətdaram"
18.09.2026, 19:21 GÜNDƏM