Mahir Emreli  meydandan qovuldu - "Qarabağ" "Sumqayıt"a qalib gəldi

img

23-02-2020 [20:55]


Azərbaycan Premyer Liqasında XVIII turun son oyunu keçirilib.

Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 49-cu dəqiqədə Mahir Emreli vurub.

Bu qələbə sayəsində xalını 41-ə çatdıran lider "Qarabağ" yenidən ən yaxın izləyicisi "Neftçi"ni 8 xal geridə qoyub. "Sumqayıt" isə 22 xalla 4-cüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Qəbələ"ni 2:0, "Keşlə" evdə "Zirə"ni 4:0 hesabı ilə yenib, "Sabah" - "Səbail" matçında isə qalib müəyyənləşməyib.

Oyunun uzatma dəqiqələrində Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR