"Çox kədərləndim..." - İlham Əliyev Ərdoğana başsağlığı verdi

img

23-02-2020 [19:03]


Prezident İlham ƏliyevTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Məktubda deyilir:

Hörmətli cənab Prezident, Əziz Qardaşım,

Bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR