XANIM İCRA BAŞÇISI DAHA BİR NARAZILIQ YARADIB: "Bizə deyirlər ki, 5-6 kasıb adamsınız..." - VİDEO
CƏMİYYƏT
22.02.2020, 16:12
Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 25-ci məhəllədə yaşayan sakinlər evlərinin arxasında tikinti işlərinin aparılmasından narazıdırlar.
Sakinlər "Report"a bildiriblər ki, tikinti heç bir normaya uyğun aparılmır və onlara hər hansı bir sənəd təqdim olunmayıb.
Onlar məsələ ilə bağlı bir neçə quruma müraciət etdiklərini söyləyiblər.
Sikayətçi Bəxtiyar Talıbov deyib ki, bütün qonşular tikintidən narahatdırlar: "Artıq 20 gündən çoxdur bir çox quruma müraciət etmişik. Amma hələ ki heç bir tədbir görülməyib. Lakin tikinti də davam edir. Heç kim bunlara demir ki, nə iş görürsünüz? Qanun və qayda ilə müraciət edirik. Pəncərələrin qarşısını tuturlar. Nəfəs ala bilməyəcəyik. Hansısa tikili ilə hasar arasında müəyyən məsafə olmalıdır. Amma heç bir məsafə saxlamayıblar. Sənəd də istəyirik, təqdim etmirlər".
Digər sakin Saniyyə Əhmədova da pəncərələrinin qarşısının tutulmasından şikayətçidir: "Bizə deyirlər ki, 5-6 kasıb adamsınız və buraya yığılmısınız. Yəni demək istəyirlər ki, sizə qaranlıq olsa da olar. Bizimlə məsləhət də eləməyiblər. Əvvəl dedilər ki, heç nə tikmirik. Sonra isə beton tökdülər. Mənim evimin iki pəncərəsi bura baxır. İşığı haradan alaq? Bunun adamı varsa, mənim pəncərəmin qarşısını bağlaya bilər? Deyə bilmərəm ki, niyə bağlayırsan"?
Qasım Mehdiyev deyib ki, tikinti başa çatandan sonra pəncərələrinin ikisinin önü bağlanacaq: "Evimin arxa hissəsində yanğın olsa, yanğınsöndürən söndürə bilməyəcək. Evim yansa, heç kim məni evlə təmin etməz".
Rafiq Əhmədov da qonşularının sözünə şərik olduğunu vurğulayıb: "Bizim şikayətə hələ ki baxılmır. Bizim yaşayışımız sanki zirzəmidəki kimi olacaq. Xahiş edirik ki, bununla bağlı ölçü götürsünlər. Burada tikinti işləri aparmaq olmaz, qeyri-qanunidir. Qanunda belə bir şey yoxdur ki, pəncərənin qarşısında obyekt tikilsin".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18.09.2026, 21:45 MƏDƏNİYYƏT
-
Keçmiş diktor Sevda Saleh vəfat edib
18.09.2026, 21:37 PRESS
-
Paşinyan: "Mən bu mükafata eyni dərəcədə layiq olan İlham Əliyevə minnətdaram"
18.09.2026, 19:21 GÜNDƏM
-
Ərdoğanı yenidən prezident olmağa hazırlaşır - Nazir tədbirdə anons verdi
18.09.2026, 18:01 SİYASƏT
-
Azərbaycan, Özbəkistan və Türkiyə birgə hərbi təlimə başlayır
18.09.2026, 17:58 GÜNDƏM
-
İki keçmiş prokuror, iki məhkum... - Kəşfiyyatçının ölüm işinə görə bir yerdə qandallandı
18.09.2026, 17:38 KRİMİNAL
-
Rəsmi Bakıdan bəyanat: "Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir"
18.09.2026, 17:23 SİYASƏT
-
Dövlət Sosial Müdafiə Fondunda yoxlama: nöqsanlar üzə çıxdı, rəhbərlik vəd verdi
18.09.2026, 17:23 İQTİSADİYYAT
-
“Araz” supermarketlərdə innovativ yenilik: ovuc ilə ödənişlər başladı
18.09.2026, 17:16 İQTİSADİYYAT
-
RUSİYA XİN BAŞÇISINDAN ŞOK İDDİA: "Qərb bizə qarşı güclü hücuma hazırlıq görürür"
18.09.2026, 17:05 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
18.09.2026, 17:00 İQTİSADİYYAT
-
Avstraliyada çimərlikdə faciə: köpəkbalığı bir nəfəri parçaladı
18.09.2026, 16:45 DÜNYA
-
Rusiya Yaponiya qarşısına elə tələb qoydu ki...
18.09.2026, 16:37 DÜNYA
-
Alim Qasımovla Üzeyir Mehdizadə duet oxuyub - VİDEO
18.09.2026, 16:30 MƏDƏNİYYƏT
-
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - FOTOLAR
18.09.2026, 16:16 GÜNDƏM
-
"Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
18.09.2026, 16:05 CƏMİYYƏT
-
Diplomatların Qarabağa səfəri ilə bağlı ermənilərin kampaniyası... - QHT-lər birgə bəyanat yaydı
18.09.2026, 15:52 SİYASƏT
-
"TikTok"un qurucusu Asiyanın ən varlı insanı oldu
18.09.2026, 15:31 PRESS
-
Deputat: "Qiymət artırılırsa, keyfiyyət də artırılmalıdır, əgər bu qədər pul ödəyirəmsə, niyə mənim telefonum donmalıdır?"
18.09.2026, 15:12 CƏMİYYƏT
-
İngiltərə yığmasının heyəti açıqlandı - Kimlər çağırıldı?
18.09.2026, 14:58 İDMAN
-
"Fənərbaxça"nın qapıçısı yğıma komanda ilə vidalaşdı
18.09.2026, 14:44 İDMAN
-
Bakı Mühəndislik Universiteti iki şirkətlə sövdələşib - 775 minlik hansl işlər görüləcək?
18.09.2026, 14:42 İQTİSADİYYAT
-
Bloger narkotikdən test verəcək
18.09.2026, 14:06 PRESS
-
Azərbaycan Kuboku: püşk atıldı
18.09.2026, 14:02 İDMAN
-
Pakistanda məscid yaxınlığında arda iki terror aktı - Ən azı 15 ölü, 50-dən çox yaralı var
18.09.2026, 13:56 DÜNYA
-
İran Hörmüz boğazında neft tankerini vurub: "Bizim icazə olmadan..."
18.09.2026, 13:49 GÜNDƏM
-
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18.09.2026, 13:16 KRİMİNAL
-
"Kurtlar Vadisi"nin savcısı "Leyla" ilərə meydan oxuyur - FOTOLAR
18.09.2026, 12:54 ŞOU-BİZNES
-
Göy üzü ikiyə bölünəcək: 5 bürc problemlə üzləşəcək
18.09.2026, 12:54 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
18.09.2026, 12:44 CƏMİYYƏT
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
18.09.2026, 12:30 İQTİSADİYYAT
-
Azərbaycanda toylarla bağlı qayda dəyişəcək? - 120 nəfər qonaq, 2 saat müddət...
18.09.2026, 12:19 MƏDƏNİYYƏT
-
DİM sədri: "Heç bir alqoritm qəbul edilmiş qərarın ədalətliliyinə görə insanın əvəzinə məsuliyyət daşıya bilməz"
18.09.2026, 12:04 GÜNDƏM