4 DAİRƏ, 73 MƏNTƏQƏDƏ SƏSVERMƏ LƏĞV EDİLİB - TAM SİYAHI
GÜNDƏM
22.02.2020, 14:32
Milli Məclisə seçkilər üzrə indiyə qədər nəticəsi etibarsız sayılan məntəqələrin sayı məlum olub.
Bugünədək 21 seçki dairəsinin 73 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilib.
Onlardan 70-i ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK), 3-ü barədə isə dairə seçki komissiyaları (DSK) müvafiq qərar veriblər.
Belə ki, MSK-nın qərarları ilə 8 saylı Binəqədi birinci seçki dairəsinin 1 (24 saylı), 9 saylı Binəqədi ikinci seçki dairəsinin 3 (20, 31 və 35 saylı), 11 saylı Qaradağ seçki dairəsinin 1 (30 saylı), 22 saylı Nəsimi seçki dairəsinin 4 (1, 11, 20 və 24 saylı), 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 4 (14, 17, 23 və 25 saylı), 25 saylı Nizami ikinci seçki dairəsinin 1 (26 saylı), 29 saylı Səbail seçki dairəsinin 6 (1, 5, 9, 11, 17 və 25 saylı), 30 saylı Suraxanı ikinci seçki dairəsinin 5 (1, 12, 14, 16 və 18 saylı), 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 3 (4, 8 və 9 saylı), 34 saylı Xətai ikinci seçki dairəsinin 7 (1, 2, 3, 4, 18, 30 və 35 saylı), 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin 1 (8 saylı), 47 saylı Mingəçevir seçki dairəsinin 3 (9, 17 və 21 saylı), 57 saylı Kürdəmir seçki dairəsinin 5 (7, 18, 20, 27, və 33 saylı), 79 saylı İmişli seçki dairəsinin 5 (14, 16, 21, 23 və 25 saylı), 81 saylı Beyləqan seçki dairəsinin 4 (1, 4, 6 və 31 saylı), 90 saylı Şəmkir kənd seçki dairəsinin 2 (6 və 7 saylı), 91 saylı Ucar seçki dairəsinin 2 (18 və 38 saylı), 107 saylı Qazax seçki dairəsinin 1 (2 saylı), 123 saylı Kəlbəcər seçki dairəsinin 1 (16 saylı) və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 11 (1, 10, 13, 32, 36, 37, 38, 39, 40 , 55 və 59 saylı) seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.
111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2 (4 və 43 saylı), 123 saylı Kəlbəcər seçki dairəsinin 1 (10 saylı) məntəqəsinin nəticələri isə DSK-lar tərəfindən ləğv edilib.
Lakin məntəqələr üzrə ləğvetmələr həmin dairələrdə lider namizədlərin dəyişməsinə səbəb olmayıb. 21 seçki dairəsinin hamısında MSK-nın ilkin nəticələri olduğu kimi qalıb.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadı Rəcəbli), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) və 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov) nəticələri ləğv olunub/Report.
Xatırladaq ki, MSK hələ fevralın 29-u da daxil olmaqla, seçki ilə bağlı şikayətləri araşdırılacaq. Gözlənilir ki, hələ bir çox dairələr üzrə xeyli məntəqələrdə səsvermələr etibarsız hesab olunacaq. Odur ki, bu siyahının artma ehtimalı yüksəkdir.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Bugün, 00:02 GÜNDƏM
-
“Trabzonspor”- “Qalatasaray” derbisi: 2 qırmızı kart, 4 qol...
19.09.2026, 23:58 İDMAN
-
Mehriban Əliyeva: "Qoy xalqımızın həmrəyliyi, suverenliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!"
19.09.2026, 21:52 GÜNDƏM
-
İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
19.09.2026, 18:16 GÜNDƏM
-
Bilgəhdə 2 nəfər dənizdə batıb
19.09.2026, 17:26 CƏMİYYƏT
-
Baş inspektor rəis təyin olunub
19.09.2026, 17:03 İQTİSADİYYAT
-
Həbsinə heç kim inanmırdı... - Adnan Əhmədzadə bir ildir həbsdədir + FOTOLAR
19.09.2026, 16:31 SİYASƏT
-
“Bank Respublika”nın “AccessBank”ı almasına “Paşa Bank”dan - Reaksiya
19.09.2026, 16:28 İQTİSADİYYAT
-
Məşhur vəkilin Azərbaycandan çıxışına "STOP" qoyulub
19.09.2026, 15:47 SİYASƏT
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb
19.09.2026, 15:24 KRİMİNAL
-
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir - SİYAHI
19.09.2026, 14:55 CƏMİYYƏT
-
Prezident İlham Əliyev keçmiş futbolçu haqda sərəncam imzalayıb
19.09.2026, 14:30 GÜNDƏM
-
Prezident onları təltif etdi - SİYAHI
19.09.2026, 14:04 GÜNDƏM
-
Anar Ələkbərov Milli Qəhrəmanın ailəsində qonaq olub, toyda iştirak edib - FOTOLAR
19.09.2026, 13:44 GÜNDƏM
-
Məşhur YAP-çı: "2026-cı ili maraqlı hadisələrlə başa vuracağıq" - "Ramiz Mehdiyev və onun havadarları YAP-ın rəhbər orqanlarından uzaqlaşdırılmalıdır"
19.09.2026, 13:29 SİYASƏT
-
Elçin Yusubov Rumıniya Prezidentinin müşaviri tərəfindən qəbul olunub, Alba-Yuliya şəhərinin meri ilə görüşüb - FOTOLAR
19.09.2026, 13:07 GÜNDƏM
-
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
19.09.2026, 12:50 SİYASƏT
-
SOCAR-da növbəti dəyişiklik - Yeni təyinat oldu + FOTO
19.09.2026, 12:40 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
19.09.2026, 12:30 GÜNDƏM
-
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı - FOTOLAR (YENİLƏNİB)
19.09.2026, 12:06 MƏDƏNİYYƏT
-
Bakıda daha bir ailə faciəsi: 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi endirib
19.09.2026, 11:55 KRİMİNAL
-
Mədət Quliyev oğlu ilə toyda - FOTO
19.09.2026, 11:32 MƏDƏNİYYƏT
-
Hasil Abbasov özünə komanda formalaşdırır
19.09.2026, 10:21 CƏMİYYƏT
-
Azərbaycan nefti bahalaşdı
19.09.2026, 09:34 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
19.09.2026, 00:01 CƏMİYYƏT
-
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18.09.2026, 21:45 MƏDƏNİYYƏT
-
Keçmiş diktor Sevda Saleh vəfat edib
18.09.2026, 21:37 PRESS
-
Paşinyan: "Mən bu mükafata eyni dərəcədə layiq olan İlham Əliyevə minnətdaram"
18.09.2026, 19:21 GÜNDƏM
-
Ərdoğanı yenidən prezident olmağa hazırlaşır - Nazir tədbirdə anons verdi
18.09.2026, 18:01 SİYASƏT
-
Azərbaycan, Özbəkistan və Türkiyə birgə hərbi təlimə başlayır
18.09.2026, 17:58 GÜNDƏM
-
İki keçmiş prokuror, iki məhkum... - Kəşfiyyatçının ölüm işinə görə bir yerdə qandallandı
18.09.2026, 17:38 KRİMİNAL
-
Rəsmi Bakıdan bəyanat: "Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir"
18.09.2026, 17:23 SİYASƏT
-
Dövlət Sosial Müdafiə Fondunda yoxlama: nöqsanlar üzə çıxdı, rəhbərlik vəd verdi
18.09.2026, 17:23 İQTİSADİYYAT
-
“Araz” supermarketlərdə innovativ yenilik: ovuc ilə ödənişlər başladı
18.09.2026, 17:16 İQTİSADİYYAT