"Məqsəd bazarlarda stabilliyin təminatıdır" - Pərviz Şahbazov
21-02-2020 [14:34]
“Neft bazarında qiymətin sabitləşməsini hədəfləmək həmişə daha yaxşıdır”.
Bunu Azərbaycan Energetika naziri Pərviz Şahbazov İtaliyada bu ölkənin “İl Sole 24 Ore” nəşrinə müsahibəsində bildirib.
O xatırladıb ki, yanvar ayında Azərbaycan gündəlik 770 min barel neft hasil edib: “Bu 10 il əvvəlkindən azdır. Lakin indi biz qısamüddətli perspektiv yaratmışıq. Növbəti üç ildə hasilatın artacağını gözləyirik”.
Nazir qeyd edib ki, 2020-ci ildə ölkədə 36,5 mln. ton, 2021-ci ildə 38 mln. ton, 2022-ci ildə isə 39 mln. ton neft hasilatı planlaşdırılır.
P. Şahbazov hasilatın artırılmasının yeni aşkar olunmuş bir neçə yataq sayəsində olacağını bildirib: “Bu il də yeni yataqların aşkar olunacağına inanırıq. Gələcək geoloji-kəşfiyyat əməliyyatları isə neftin qiymət dinamikasından asılıdır. Amma fikirlərimi aydınlaşdırmaq istəyirəm. Neft bazarında qiymətin stabilləşməsini hədəfləmək həmişə daha yaxşıdır. Bu bütün iştirakçılar- istehlakçı və ixracatçılar üçün önəmlidir”.
Nazir xatırladıb ki, OPEC+ formatı çərçivəsində Azərbaycan gündəlik hasilatı 27 min barel azaltmaqla bağlı razılığa gəlib.
“Mən hər zaman qeyd edirəm ki, məqsəd bazarlarda stabilliyin təminatıdır. 2016-cı ildə Azərbaycan Prezidenti Davos forumunda OPEC-ə üzv və digər neft ixrac edən ölkələrin gələcək addımların kordinasiyası üçün görüşünü təklif etmişdi. 2017-ci ildə razılıq əldə olundu və Azərbaycan ən aktiv iştirakçılardandır. Biz onu OPEC+ adlandırırıq. O, təxminən, 4 il ərzində hasilatın azaldılması və qiymətlərin stabilləşməsi ilə effektivliyini sübut edib”.
Report
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini pisləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?