Ramiz Mehdiyevdən daha bir dəyişiklik - AMEA-da 3 şöbə birləşdirilib

img

20-02-2020 [15:32]


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatında Protokol, Katiblik və Elektron sənəd dövriyyəsi şöbələri "Sənədlərlə iş" şöbəsində birləşdirilib.

Mia.az AMEA-ya istinadla xəbər verir ki, 3 şöbənin birləşdirilməsi ilə kadr potensialı da artırılıb: "AMEA-nın inkişafı ilə bağlı 2020-2025-ci illər üçün proqram müəyyənləşib. Bununla bağlı bir sıra tədbirlər keçirilir. Hazırda elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi işləri gedir. Sonrakı struktur dəyişiklikləri prioritetlərə uyğun olaraq həyata keçiriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA