Nəsimi rayonu 2019-cu ili yüksək nailiyyətlərlə başa vurub - İcra başçısı hesabat verib + FOTOLAR
CƏMİYYƏT
18.02.2020, 09:33
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafına yekun vurulub.
Icra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə qarşıya qoyulmuş vəzifələr müzakirə olundu, yeni ilin başlıca hədəflərini əhatə edən qərar qəbul edilib.
Toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsğərov bildirib ki, keçən il respublikamızda olduğu kimi, Bakının Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilib, bir sıra layihələr uğurla həyata keçirilib.
Yığıncaq iştirakçılarına rayonda son bir ildə baş verən yenilikləri və ümumi irəliləyişi əks etdirən slayd təqdim olunandan sonra Nəsimi RİH-in başçısı Asif Əsgərov 2019-cu ildə sosial-iqtisadi inkişafın əsas göstəricilərini şərh etdi, ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verdi.
Natiq qeyd etdi ki, Prezident İlham Əliyevin ötən ilin əvvəlində yerli icra strukturlarına verdiyi tapşırıqların Nəsimi rayonunda bütünlüklə və ardıcıl icrası ilin uğurla başa çatdırılmasını təmin edib. Dövlət başçısı paytaxtın mərkəzi rayonunun problemlərinin həllini daim nəzarətdə saxlayır, gerçəkləşdirilən layihələri ardıcıl himayə edir. Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rayona hər gəlişi nəsimililərin həyatında əlamətdar hadisəyə çevrilmişdir.
Hesabat ilində Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi inkişafında, müəssisə və təşkilatların fəaliyyətində nəzərə çarpacaq müsbət irəliləyişlər olub.
Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılmış, 9000 yeni daimi iş yeri açılmış, orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 16,9% artaraq, 762.6 manat təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən il 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yerləşən yeni parkda yaradılan şəraitlə tanış olmağı, metronun 28 May stansiyasının qarşısında vətəndaşlarla görüşü və Dəmir Yolu Muzeyi ilə tanış olmağı, Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə uşaqlarla görüşü, 1 nömrəli körpələr evini növbəti dəfə ziyarət etməsi 2019-cu ildə Nəsimi rayonunun ictimai-siyasi həyatında əlamətdar hadisə olmuşdur.
Aprel ayının 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Nəsimi rayonunda yerləşən Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərin yaşayış şəraiti və problemləri ilə tanış olarkən köçkün ailələrinin Qobuda yerləşən yeni yaşayış massivinə köçürülmələri barədə göstərişindən sonra qısa müddətdə 478 nəfərdən ibarət 131 məcburi köçkün ailəsinin Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksinə köçürülməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələrin ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanması amilinin ötən ildə də reallaşdırıldığına bariz nümunədir.
Ölkəmizdə təhsil və gənclərin inkişafı, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr Nəsimi rayonunda da mühüm nailiyyətlərin qazanılmasına şərait yaratmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu il ərzində Nəsimi rayonu Rəşid Məmmədov küçəsi 23, 25, 27, Hüseyn Seyidzadə küçəsi 20, 22 24, 26, 28, Moskva pr. 46, 48, Cavadxan küçəsi 1, Cavadxan küçəsi 3, 5, 7, Asif Məhərrəmov küçəsi 34, 38, 42, 46, Rəşid Məmmədov küçəsi 9, 9 ünvanlarında “Bizim həyət” və “Abad həyət” layihələri həyata keçirilib.
Hər il həyata keçirilən əhalinin tibbi müayinəsi və yeniyetmələrin “Ölkəmizi tanıyaq” devizi altında respublikamızın ayrı-ayrı bölgələri ilə tanışlığı üçün tur-aksiyaların, həmçinin Qusar rayonunda məktəblilərin yay istirahət düşərgələrinin təşkili tədbirləri Nəsimi rayon sakinləri tərəfindən dərin minnətdarlıq hissləri ilə qarşılanmışdır.
Ötən tədris ilində rayonun orta məktəblərini 1574 nəfər bitirmiş, onlardan 1233 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 327 nəfəri xarici ölkələrin ali məktəblərinə, 57 nəfəri 600-dən çox, 8 nəfəri 650-dən çox bal toplayaraq ali məktəblərə qəbul olunmuşlar.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi rayonumuz üçün tarixi və əlamətdar hadisə olmuş, Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi Nəsimi rayonunda da böyük fərəh və ruh yüksəkliyi ilə qeyd olunmuşdur.
Ötən il abadlıq və quruculuq sahəsində də tədbirlər davam etdirilmişdir. Qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, rayonun küçələrinin və məhəllədaxili yolların əsaslı təmiri, yenidənqurulması və işıqlandırılması işləri uğurla həyata keçirilmişdir.
Vətəndaşların rifahının daha da artırılması, onların asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, sosial infrastrukturların yaradılması ilə bağlı tədbirlərin görülməsi barədə tapşırıqların icrası istiqamətində 2019-cu ildə geniş abadlıq-quruculuq işləri aparılaraq Asif Məhərrəmov küçəsi başdan-başa yenidən qurulmuş, binaların fasadları, liftlər, dam örtükləri təmir edilmiş, həyətlərdə abadlıq işləri aparılmış, yeni yaşıllıq zolaqları salınmışdır.
Əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişaf etdirilməsi, sərmayələrin cəlb edilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi üzrə 25 layihənin icrası ötən il davam etdirilmiş, layihələrin bir neçəsində tamamlanma işləri aparılaraq sakinlərə yeni mənzillərin təqdim olunmasına başlanmışdır.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tarixi günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirib, ümumxalq bayramları, ayrı-ayrı peşə günləri təntənə ilə qeyd olunub, müxtəlif sahələrdə fərqlənənlər mükafatlandırılıblar.
Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim diqqət mərkəzində saxlanılıb.
Hesabat göstəricilərinə yekun vuran Nəsimi rayon İcra Hakimiyyətinin Başçısi qeyd etdi ki, əldə olunmuş uğurlar yeni nailiyyətlər üçün möhkəm zəmin yaradıb.
Hesabat yığıncaqda çıxış edənlər rayonda görülmüş işləri yüksək qiymətləndirdilər, qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən söhbət açdılar.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev yığıncaqda çıxış edərək, 2020-ci ildə Nəsimililərə daha böyük uğurlar arzulayıb.
Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olundu. Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimililərin quruculuq əzmi ifadə olunub.
Yekun hesabatda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən yubilyarlara və il ərzində Dünya və Avropa Çempionatlarında yüksək nəticə əldə etmiş idmançılara, məşqçilərə Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Bugün, 00:02 GÜNDƏM
-
“Trabzonspor”- “Qalatasaray” derbisi: 2 qırmızı kart, 4 qol...
19.09.2026, 23:58 İDMAN
-
Mehriban Əliyeva: "Qoy xalqımızın həmrəyliyi, suverenliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!"
19.09.2026, 21:52 GÜNDƏM
-
İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
19.09.2026, 18:16 GÜNDƏM
-
Bilgəhdə 2 nəfər dənizdə batıb
19.09.2026, 17:26 CƏMİYYƏT
-
Baş inspektor rəis təyin olunub
19.09.2026, 17:03 İQTİSADİYYAT
-
Həbsinə heç kim inanmırdı... - Adnan Əhmədzadə bir ildir həbsdədir + FOTOLAR
19.09.2026, 16:31 SİYASƏT
-
“Bank Respublika”nın “AccessBank”ı almasına “Paşa Bank”dan - Reaksiya
19.09.2026, 16:28 İQTİSADİYYAT
-
Məşhur vəkilin Azərbaycandan çıxışına "STOP" qoyulub
19.09.2026, 15:47 SİYASƏT
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb
19.09.2026, 15:24 KRİMİNAL
-
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir - SİYAHI
19.09.2026, 14:55 CƏMİYYƏT
-
Prezident İlham Əliyev keçmiş futbolçu haqda sərəncam imzalayıb
19.09.2026, 14:30 GÜNDƏM
-
Prezident onları təltif etdi - SİYAHI
19.09.2026, 14:04 GÜNDƏM
-
Anar Ələkbərov Milli Qəhrəmanın ailəsində qonaq olub, toyda iştirak edib - FOTOLAR
19.09.2026, 13:44 GÜNDƏM
-
Məşhur YAP-çı: "2026-cı ili maraqlı hadisələrlə başa vuracağıq" - "Ramiz Mehdiyev və onun havadarları YAP-ın rəhbər orqanlarından uzaqlaşdırılmalıdır"
19.09.2026, 13:29 SİYASƏT
-
Elçin Yusubov Rumıniya Prezidentinin müşaviri tərəfindən qəbul olunub, Alba-Yuliya şəhərinin meri ilə görüşüb - FOTOLAR
19.09.2026, 13:07 GÜNDƏM
-
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
19.09.2026, 12:50 SİYASƏT
-
SOCAR-da növbəti dəyişiklik - Yeni təyinat oldu + FOTO
19.09.2026, 12:40 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
19.09.2026, 12:30 GÜNDƏM
-
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı - FOTOLAR (YENİLƏNİB)
19.09.2026, 12:06 MƏDƏNİYYƏT
-
Bakıda daha bir ailə faciəsi: 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi endirib
19.09.2026, 11:55 KRİMİNAL
-
Mədət Quliyev oğlu ilə toyda - FOTO
19.09.2026, 11:32 MƏDƏNİYYƏT
-
Hasil Abbasov özünə komanda formalaşdırır
19.09.2026, 10:21 CƏMİYYƏT
-
Azərbaycan nefti bahalaşdı
19.09.2026, 09:34 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
19.09.2026, 00:01 CƏMİYYƏT
-
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18.09.2026, 21:45 MƏDƏNİYYƏT
-
Keçmiş diktor Sevda Saleh vəfat edib
18.09.2026, 21:37 PRESS
-
Paşinyan: "Mən bu mükafata eyni dərəcədə layiq olan İlham Əliyevə minnətdaram"
18.09.2026, 19:21 GÜNDƏM
-
Ərdoğanı yenidən prezident olmağa hazırlaşır - Nazir tədbirdə anons verdi
18.09.2026, 18:01 SİYASƏT
-
Azərbaycan, Özbəkistan və Türkiyə birgə hərbi təlimə başlayır
18.09.2026, 17:58 GÜNDƏM
-
İki keçmiş prokuror, iki məhkum... - Kəşfiyyatçının ölüm işinə görə bir yerdə qandallandı
18.09.2026, 17:38 KRİMİNAL
-
Rəsmi Bakıdan bəyanat: "Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir"
18.09.2026, 17:23 SİYASƏT
-
Dövlət Sosial Müdafiə Fondunda yoxlama: nöqsanlar üzə çıxdı, rəhbərlik vəd verdi
18.09.2026, 17:23 İQTİSADİYYAT
-
“Araz” supermarketlərdə innovativ yenilik: ovuc ilə ödənişlər başladı
18.09.2026, 17:16 İQTİSADİYYAT