Qazaxda piyadanı vurub qaçan sürücü saxlanılıb

img

31-01-2020 [14:17]


Qazaxda piyadanı vurub qaçan sürücü saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, yanvarın 28-də saat 23 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən kənd sakini F.Abdulkərimov vurulub və o, xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü, Qazax rayon sakini F.Şıxıyev saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA