Aybəniz Haşımova əcnəbi müğənnilərlə konsert verəcək

img

18-09-2013 [12:12]


Əməkdar artist Aybəniz Haşımova sentyabrın 22-si konsert verəcək. Konsert "12 MAY” şirkətinin sponsorluğu və təşkilatçılığı, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutacaq. Konsert Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında olacaq.

"Dostluq körpüsü” layihəsi çərçivəsində gerçəkləşəcək konsertdə sənətkarla səhnəni Tacikistan müğənnisi Təhminə Niyazova, Qazaxstan müğənnisi Alişir Karimov və Kuba müğənnisi Emiliya Morales bölüşəcəklər. Əcnəbi müğənnilərlə yanaşı səhnədə əməkdar artist Səlim Abbasov, gənc müğənnilər Aynişan Quliyeva, Əsgər İsmayılov, Vüqar Ağayev və "Bülbüllər” qrupunun da çıxışları nəzərdə tutulub.

Xeyriyyə məqsədi daşıyan konsert kimsəsiz və fiziki cəhətdən qüsurlu olan uşaqlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, əcnəbi müğənnilər paytaxtımıza ayın 19-u təşrif buyuracaqlar. Konsert gününə qədər qonaqların Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Heydər Əliyev Mərkəzi və digər mühüm məkanlarla tanışlığı nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib