"Danışıqlar yolu ilə nəyinsə dəyişəcəyini gözləmirəm, Paşinyan radikal addımlar atacaq" - Eldar Namazov
SİYASƏT
26.01.2020, 13:51
Ötən il olduğu kimi, bu il də Qarabağ probleminin Azərbaycanın bir nömrəli məsələsi olaraq qaldığı, rəsmi Bakının xarici siyasətində bu konfiliktin həllinin cari ildə də əsas hədəf olaraq müəyyənləşdiyi məlumdur. Hansı ki, diplomatiyamızın uzun illərdir ki, nəticə verməyən səylərinin bu il hansı nəticə doğuracağı hər kəs üçün sirr olaraq qalmaqdadır.
Mia.az xəbər verir ki, politoloq Eldar Namazov Moderator.az-a müsahibəsində Qarabağ problemi ətrafında yaranmış mövcud stuasiya, problemin həlli istiqamətində atılması gərəkən addımlarla bağlı fikirlərini açıqlayıb:
-Eldar bəy, təəssüf ki, Qarabağ problemini 2019-cu ildə də həll etmək mümkün oldu. Sizcə yenicə qədəm oyduğumuz 2020-ci ildə bu problemin həlli ilə bağlı hansısa yeniliyə şahid olmaq mümkün olacaqmı? Qarabağ probleminin bu il öz qəti həllinə qovuşacağını söyləmək üçün yetərincə əsas varmı?
-Təbii ki, Qarabaş məsələsi ilə bağlı proqnoz vermək çox çətindir. Çünki 10 illər keçsə də, problemin həllində heç nə dəyişmir. Amma aprel döyüşlərindən sonra vəziyyət xeyli dərəcədə dəyişib.
2016-cı ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan status-kvonun bu şəkilkdə qalmasına imkan verməyəcək. Əgər torpaqlarımız diplomatik yolla işğaldan azad olmazsa, Azərbaycan güc tətbiq etməklə bu torpaqları azad etmək əzmini ortaya qoyacaq. Aprel döyüşlərinin əsas mahiyyəti bundan ibarət idi.
-Aprel döyüşləri Azərbaycan ordusu, bu ordunun döyüş qabiliyyəti haqqında hansı həqqiətləri üzə çıxardı?
-Təbii ki, orada önəm kəsb edən başqa məqamlar da mövcud idi. Azərbaycan ordusu bu döyüşlərlə açıq şəkildə nümayiş etdirdi ki, onlar düşmənin illər uzunu qurduğu müdafiə sistemini cəmi bir neçə saatın içində darmadağın etməyə qadirdir. Bu döyüşlər Azərbaycan ordusunun hərbi-texniki üstünlüyünü də açıq şəkildə ortaya qoydu. Biz bunu bütün dünyaya nümayiş etdirə bildik. Bu da Azərbaycan ordusunun, dövlətimizin böyük uğuru kimi qiymətləndirilməlidir.
-Qarabağ probleminin danışıqlar yolu ilə öz həllini tapmayacağı təqdirdə, Azərbaycanın problemi hərbi müstəvidə həll edə biləcəyini vurğuladınız. Bəs problemin sülh yolu ilə həlli perspektivini necə qiymətləndirirsiniz? Sizcə Qarabağ problemini danışıqlar yolu ilə həll etmək mümkün olacaqmı?
-Danışıqlar yolu ilə nəyinsə dəyişəcəyini gözləmirəm. Bunu açıq etiraf etmək lazımdır ki, Paşinyan hakimiyyəti indi özünü Robert Koçaryan və Serj Sərkisyandan daha radikal aparır. Ona görə ki, Paşinyan hakimiyyəti zəifdir. Onun ölkə daxilində çox böyük problemləri var. Paşinyanın siyasi opponentləri çox güclüdür. Onlar böyük maliyyə resurslarına malikdirlər. Sərkisyan və Koçaryan 20 il Ermənistana rəhbərlik ediblər. Ona görə də bütün dövlət qurumlarında, mühüm müəssisələrdə onların çox güclü dayaqları mövcuddur. Belə bir ağır daxili mübarizəyə cəlb olunan hakimiyyət heç vaxt Qarabağ məsələsində kompromislər yolu ilə hər hansı addım atmaz. Paşinyan hakimiyyəti özünü sığortalamaq üçün daha radikal addımlar nümayiş etdirəcək.
Paşinyanın hərəkətlərində biz bunu görürük. Buna görə də həm xarici işlər nazirləri, həm də digər səviyyələrdə aparılan danışıqlarda mən hansısa bir irəliləyiş gözləmirəm.
-Qarabağ probleminin həlli ilə bağlı müşahidə edilən narahatlıqlardan biri də ,zamanın keçməsinə baxmayarq münaqişənin hələ də həll olunmamasıdır. Sizcə ötüb gedən zaman daha çox kimin xeyrinə işləyir? Bu zamandan Azərbaycan, yoxsa Ermənistandan daha səmərəli istifadə edir?
-Reallıq bundan ibarətdir ki, Azərbaycanın hərbi-iqtsiadi potensialı güclənən xətlə gedir. Biz torpaqlarımızı işğal edən dövlət üzərində hərbi-iqtisadi üstünlüklərimizi daha da gücləndiririk. Bu üstünlük öz sözünü deməlidir. Mən əminəm ki, biz bu ilin içində də bu üstünlüyün hansısa nəticələrini görəcəyik.
-Eldar bəy, bir neçə gün bundan öncə separatçı qurumun Moskva təmsilçisi Qarabağa turist axını ilə bağlı narahatverici rəqəm səsləndirdi. Bildirdi ki, 2019-cu ildə Qarabağa 42 min turist gəlib. Sizcə bu rəqəmin özü düşmənin Qarabağı iqtisadi gücə, gəlir mənbəyinə çevirməsi kimi xarakterizə edilə bilərmi?
-Mən öncə bu rəqəmlə bağlı fikrimi bildirmək istəyirəm. Bizim bədnam qonşularımız tarixi faktları, statustikanı saxtalaşdırmaq üçün hər zaman yalançı miflər yaratmaq təcrübəsinə malik olub. Onlar yüzilliklərdir ki, belə bir ənənə sərgiləyirlər. Bu, öz təsdiqini tapan bir reallıqdır. Onlar Qarabağa turist axını ilə bağlı məsələdən danışarkən Ermənitandan bura gələnləri də xarici turst kimi qeyd edirlər. Yəni ABŞ-dan, Avropadan bir günlüyünə Qarabağa gələn də, Ermənistandan bura gələn də xarici tursit kimi qeydiyyatdan keçir. Yəni bu rəqəmin özü xeyli dərəcədə şişirdilmiş bir rəqəmdir və bura gələnlərin böyük əksəriyyəti yalnız ermənilərin özlərindən ibarətdir. Başqa ölkələrdən Qarabağa gələn tursitlərin sayı barmaqla sayılacaq qədər azdır. Xaricdən Qarabağa hər hansı turist turları təşkil edilmir. Çünki hamı bilir ki, bura münaqişə bölgəsidir, orada insnaların təhlükəsizliyi üçün ciddi təhdid var.
Qarabağa yalnız ermənilərin özü gəlir ki, onların da bir çoxu buradakı qohumlarına baş çəkmək üçün səfər edir. Qarabağ ermənilərinin bir hissəsi Ermənistanda yaşayır. Onların hər biri ildə cəmi bir dəfə öz qohumlarına baş çəkmək üçün Qarabağa gəlsə, bu, müəyyən bir rəqəm edəcək. Bu, o demək deyil ki, Qarabağa çoxsaylı xarici turist axını var.
-Sizcə Qarabağa turist axınını əngəlləmək, habelə bu torpaqlarda qanunsuz məskunlaşmanın qarşısını almaq üçün Azərbaycanın atmalı olduğu hansısa addımlar varmı?
-Bu axının qarşısını almaq üçün bir neçə vacib məqam mövcuddur. Işğal edilmiş ərazilərdəki aeroportlardan Azərbaycanın razılığı olmadan istifadə edilməsi və hava sərhədlərimizin pozulması, habelə buna bənzər məsələlər var ki, ölkəmiz bunların qarşısını almaq üçün çox ciddi tədbirlər görə bilər. Mətbuatda da bununla bağlı bir neçə dəfə məsələ qaldırılıb. Azərbaycanlı rəsmilərin də bununla bağlı vaxtiylə bəzi reaksiyaları olub. Belə bir addımın vaxtında atılması vacibdir. Bu, yeni bir siyasətin, yeni taktika və startegiyanın tərkib hissəsi olmalıdır. Işğaldakı ərazilərdə fəaliyyət göstərən bütün qurumları izolyasiyaya salmaq lazımdır. Bu, həm Qarabağa turist axını, həm aeroportların fəaliyyəti, həm də digər məsələlərə aid edilməlidir.
Dünya praktikasında belə fəaliyyətin qarşısının dəqiq zərbələrlə alınması təcrübəsi də mövcuddur. Bir zərbə ilə illərlə qurulan obyektləri yerlə bir etmək mümkündür. Bunun diplomatik hissəsi də, informasiya müharibəsi hissəsi də var. Bunun ardıcıllığını təmin edən starteji plan da olmalıdır.
Hesab edirəm ki, Azərbaycan nə vaxtsa bu addımları atmalı olacaq.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şimali Koreyanın yeni silahı – 7 hektarlıq ərazini külə çevirən raket sınaqdan çıxarıldı
Bugün, 10:39 GÜNDƏM
-
İstanbulda daha 11 məşhur müğənni və aktyorlar sübh tezdən qandallandı – 2 nəfər isə gizlənib
Bugün, 10:25 ŞOU-BİZNES
-
İçərişəhərin qala divarlarında aşınma olub - Açıqlama
Bugün, 10:17 MƏDƏNİYYƏT
-
Tramp: “10 maddəlik plan uydurmadır, anlaşmaya əməl edin, yoxsa…” – “Ordumuz yeni fəth üçün səbirsizlənir”
Bugün, 10:03 GÜNDƏM
-
Hövsanda 1.5 kilometrlik yol və saysız çalalar... - VİDEO
Bugün, 09:58 CƏMİYYƏT
-
Azərbaycan nefti 20 dollar ucuzlaşdı - Qara qızıl neçəyə düşdü?
Bugün, 09:44 İQTİSADİYYAT
-
Gömrük sahəsində dəyişiklik - Malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq
Bugün, 09:30 İQTİSADİYYAT
-
Barış Alper Yılmaz: “Heç nə məni ruhdan sala bilməz”
Bugün, 09:20 İDMAN
-
Nəsimi rayonunda 6 nəfər 72 kq narkotiklə qandallanıb
Bugün, 09:17 KRİMİNAL
-
“Qalatasaray”ın baş məşqçsi: “Bizə böyük bir xəyanət edilir” - Komandanın oyun planını kim "satır?"
Bugün, 09:06 İDMAN
-
Çempionlar Liqası: "Liverpul" səfrdə, "Barselona" isə doğma meydanında uduzdu
Bugün, 09:00 İDMAN
-
Xəzər dənizində yenə zəlzələ olub
Bugün, 08:58 GÜNDƏM
-
CNN: İran Hörmüzlə dünyanı diz çökdürür - Qlobal iqtisadiyyat silkələnir (TƏHLİL)
Bugün, 08:54 SİYASƏT
-
“Bloomberg” yazır: “İran müharibəsi ABŞ-ın qlobal mövqeyini zəiflətdi”
Bugün, 08:44 GÜNDƏM
-
TRAMP VİTSE-PREZİDENTİ İRANLA DANIŞIQLARA GÖNDƏRİR – Ağ Evdən açıqlamalar
Bugün, 00:44 GÜNDƏM
-
Pazeşkian Şahbaz Şəriflə söhbətləşdi: “İstənilən hücuma dərhal cavab veriləcək”
Bugün, 00:07 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:04 CƏMİYYƏT
-
İran İsraili hədələdi: ”Əgər hücum dərhal dayanmazsa…”
08.04.2026, 22:47 GÜNDƏM
-
Litvanın Baş naziri Azərbaycana gəlib
08.04.2026, 21:40 GÜNDƏM
-
Ərdoğan Pakistanın Baş naziri ilə müzakirə aparıb – Telefonda
08.04.2026, 21:21 GÜNDƏM
-
İsrail Livana zərbələri şiddətləndirib, Tramp “Livan anlaşmaya daxil deyil” dedi – Ölənlərin sayı 112 nəfərə çatıb
08.04.2026, 21:19 DÜNYA
-
Ərdoğan Trampla telefonda danışdı – İranla bağlı müzakirə aparılıb
08.04.2026, 19:56 GÜNDƏM
-
Azərbaycan və İran XİN başçıları telefonda danışıb - Nələr müzakirə edilib?
08.04.2026, 19:46 SİYASƏT
-
Zamirə Ədilova vəzifədən ayrıldı - TƏBİB-də ilk dəyişiklik
08.04.2026, 19:38 PRESS
-
Xəzərdə ard-arda zəlzələ oldu - 5.3 maqnitudalı (Yenilənib)
08.04.2026, 18:30 GÜNDƏM
-
Yasamalda yol çöküb - Video
08.04.2026, 18:01 CƏMİYYƏT
-
Aİ-dən enerji bazarındakı bahalaşmaya şərh: "Özümüzü aldatmayaq, tezliklə ucuzlaşma olmayacaq"
08.04.2026, 17:58 İQTİSADİYYAT
-
Prezident və birinci xanım Milli Aviasiya Akademiyasında - FOTOLAR
08.04.2026, 17:37 GÜNDƏM
-
"Beşiktaş"ın prezidenti və baş məşqçisi cəzalandırılacaq
08.04.2026, 17:19 İDMAN
-
Opera və Balet Teatrında qalmaqal: nə baş verir? - Açıqlama
08.04.2026, 17:12 MƏDƏNİYYƏT
-
"Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub - FOTOLAR
08.04.2026, 17:05 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
08.04.2026, 17:00 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə görüşüb
08.04.2026, 16:55 SİYASƏT
-
SEPAH-dan xəbərdarlıq: “İstənilən hücuma çevik və daha sərt cavab verəcəyik”
08.04.2026, 16:36 GÜNDƏM