Xırdalanda avtomobil iki şagirdi vurdu - Biri komaya düşdü + FOTO

img

24-01-2020 [00:30]


Abşeronda avtomobil iki şagirdi vurub.

Hadisə Xırdalan şəhərində baş verib

“Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında gedən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri olan iki qızı vurub. Nəticədə məktəblilər ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan biri – Fidan adlı şagird komaya düşüb.

Hadisənin başvermə anı yaxınlıqdakı müşahidə kamerasına düşüb.

Faktla bağlı araşdırma aparılır/Report.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA