HƏKİMLƏRİN MAAŞLARI İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Artım məbləğləri + CƏVDƏL
23-01-2020 [16:02]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib.
Agentlikdən Mia.az-a verilən məlumata görə, qaydaya əsasən, tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.
Həmin əlavələr aşağıdakı növlərdən ibarətdir:
sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə;
sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə;
insanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə;
ixtisas dərəcəsinə görə əlavə;
fasiləsiz əmək stajına görə əlavə;
gecə vaxtı yerinə yetirilən işə görə əlavə;
əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə;
işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə.
Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, sabit və ya xidmətə görə həvəsləndirici əlavə formasında verilir.
Vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətləri nəzərə alınaraq, bəzi həkimlərin (ixtisaslar/vəzifələr üzrə) aylıq vəzifə (tarif) maaşına sabit həvəsləndirici əlavələr tətbiq edilir:
| İxtisasın/vəzifənin adı | Həkimlərin əmək haqlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləği |
| Xidmətə görə həvəsləndirici əlavələr hesablanan həkimlərin çalışdığı şöbə (bölmə) müdirləri | 100 manat |
| Səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkim-stomatoloq istisna olmaqla) | 200 manat |
| Provizor vəzifəsi üzrə çalışan həkimlər | 260 manat |
| Ailə həkimi ixtisasları üzrə çalışan həkimlər | 300 manat |
| Həkim-laborant ixtisası üzrə çalışan həkimlər | 340 manat |
| Həkim-statistik vəzifəsi üzrə çalışan həkimlər | |
| “Ailə Sağlamlıq Mərkəzi” şöbəsinin rəhbəri vəzifəsi üzrə çalışan həkim | 480 manat |
| Həkim-reanimatoloq ixtisası üzrə çalışan həkimlər | |
| Qadın məsləhətxanasında və Ailə Sağlamlıq Mərkəzində çalışan həkim mama-ginekoloq | |
| Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim | 570 manat |
| *Bundan əlavə, bəzi həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir. | |
Bundan əlavə, həkim ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.
| İxtisasın və ya vəzifənin adı | Yuxarı kəmiyyət həddi | İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləği |
| Terapevtik və pediatrik ixtisaslar üzrə çalışan həkimlər | Ambulator fəaliyyət üzrə həkim üçün iş günü həddi: 20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması | Tətbiq edilən tarifin 7%-i həcmində |
| Fizioterapiya prosedurunu təyin edən həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 20%-i həcmində | |
| Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim ayı həddi: 60 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim təqibinin aparılması | 10 yatış günündən çox olmamaq şərtilə hər sığortaolunan üzrə 1-5 yatış günü ərzində hər gün üçün 2 manat, 6-10 yatış günü ərzində hər gün üçün 1 manat | |
| Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər | Ambulator fəaliyyət üzrə hər həkim üçün iş günü həddi: 20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə (əməliyyata göndərilən sığorta olunan pasiyentlər istisna olmaqla) həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması | İxtisaslı həkim baxışına tətbiq edilən tarifin 7%-i həcmində |
| Cərrahi prosedurlar üzrə tətbiq edilən tarifin 15%-i həcmində | ||
| Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim ayı həddi: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 15%-i həcmində | |
| Cərrahi ixtisaslar üzrə çalışan asistent həkimlər | Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı həddi: 60 əməliyyatdan yuxarı olmamaq şərtilə sığortaolunana əməliyyatın həyata keçirilməsi | Tətbiq edilən tarifin 3%-i həcmində |
| Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı həddi: Sığorta olunan hesab edilməyən şəxslərin əməliyyatı zamanı hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 3%-i həcmində | |
| Həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə çalışan həkimlər | Həkim fəaliyyəti üzrə hər anesteziyaya görə aparılmış əməliyyatlar üçün hədd: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 5%-i həcmində |
| Neonatologiya bölməsində çalışan həkimlər | Stasionar fəaliyyət üzrə həkim üçün yeni doğulana görə təqvim ayı həddi: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 7%-i həcmində |
| Terapevtik və cərrahi ixtisaslar üzrə çalışan həkimlər | Sığorta olunan hesab edilməyən şəxslərə ixtisaslı həkim müayinəsi üçün iş günü həddi: Hədd müəyyən edilmir | Tətbiq edilən tarifin 15%-i həcmində |
| Sığorta olunan hesab edilməyən şəxslərə cərrahi prosedur və əməliyyatlar üçün təqvim ayı həddi: Hədd müəyyən edilmir | Tətbiq edilən tarifin 30%-i həcmində | |
| Həkim-stomatoloq ixtisası üzrə çalışan həkimlər | Həkim üçün təqvim ayı həddi: Hədd müəyyən edilmir | Tətbiq edilən tarifin 60%-i həcmində, lakin göstərilən xidmətə sərf olunan tibbi ləvazimat xərci çıxıldıqdan sonra |
| Struktur bölmə rəhbəri vəzifəsində çalışan həkimlər | Müvafiq tibbi xidmətlərin göstərilməsi nəticəsində verilən arayışlara (obliqat qrupların dövri tibbi müayinələri üzrə verilən arayışlar istisna olmaqla) və tibbi çıxarışlara görə hər həkim üçün təqvim ayı həddi: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 5%-i həcmində |
| Ultrasəs müayinə üzrə çalışan həkimlər | Həkim üçün iş günü üzrə hədd: 22 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması | Tətbiq edilən tarifin 8%-i həcmində |
| EEQ (Elektroensefaloqrafiya), EMQ (Elektromioqrafiya) və endoskopik müayinə ixtisasları üzrə çalışan həkimlər | Həkim üçün iş günü üzrə hədd: 10 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması | Tətbiq edilən tarifin 10%-i həcmində |
| MRT (Maqnit rezonans tomoqrafiya), müayinəsi üzrə çalışan həkimlər | Həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 8%-i həcmində |
| KT (Kompyuter tomoqrafiya) üzrə çalışan həkimlər | Həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 10%-i həcmində |
| Rentgen, Mamoqrafiya və Flüoqrafiya müayinəsi üzrə çalışan həkimlər | Həkim üçün iş günü həddi: 35 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması | Tətbiq edilən tarifin Rentgen və Mamoqrafiya müayinəsi üzrə 10%-i, Flüoqrafiya müayinəsi üzrə 14%-i həcmində |
| Həkim-kardioloq ixtisası üzrə çalışan həkimlər | EKQ (elektrokardioqramma) çəkilişləri üzrə rəyin verilməsinə görə həkim üçün iş günü həddi: Hədd müəyyən olunmur | Tətbiq edilən tarifin 10%-i həcmində |
Reanimasiya şöbəsində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində normativlərlə bağlı əlavələr verilir.
Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin və dispetçerlərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit həvəsləndirici əlavələr verilir.
Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq verilir.
Kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan və sabit həvəsləndirici əlavələr ödənilən həkimlərə eyni zamanda sabit əlavələr də ödənilir.
Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən həkimlərə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi (təcili yardım sahəsinə münasibətdə həmçinin Qaydanın 17.4-cü bəndində göstərilən sabit həvəsləndirici əlavələrin 35 faizi miqdarında), digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.
RƏSMİ MOSKVA DANIŞIQLARDAN GERİ ÇƏKİLİR? - Rusiya Putinin iqamətgahına hücum olduğunu deyir və...
HƏMAS-ın tanınmış şəxslərinin ölüm faktı təsdiqləndi
47 günün icra başçısı niyə vəzifədən azad edildi? - İddia var
Dövlət Agentliyində yeni təyinat olub
Elvin Cəfərquliyev 2025-ci ilin ən yaxşısı seçildi – ÖZƏL
Leyla Əliyeva Milli Xalça Muzeyini ziyarət edib
Prezident İlham Əliyev və ailəsi "Bakı Ağ Şəhər"də - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kriştiano Ronaldo: "1000 qol vurana qədər futbol oynayacam"
Bakıda və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Sahil Babayevdən daha bir - Təyinat
Emin Əmrullayevə yeni müşavir təyin edilib - O, kimdir?
“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir
bp şirkəti müqavilədən niyə imtina edir? - Qalmaqal
Dövlət Agentliyinin Müşahidə Şurası üzvlərinin sayı azaldılıb
Bu icra başçıları yol üstündədir - Qəzənfər Ağayev, Adil Vəliyev, Zakir Fərəcov, Vidadi İsayev və...
Hərbi xidmətlə bağlı yeni fərman verildi - DƏYİŞİKLİK
Ceyhun Bayramov Gürcüstan XİN başçısı ilə müzakirə aparıb
Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib
Prezident 2026-cı il üçün ehtiyac meyarını təsdiqləyib
İcbari Tibbi Sığorta Fondu haqqında fərman imzalayıb
Türkiyədə İŞİD üzvləri əməliyyatçılarla atışmaya girdi: 3 polis şəhid olub, 8-i yaralanıb - 6 terrorçu məhv edildi (Yenilənib)
Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib
Qazaxda avtomobil aşıb, ölən var
Altay Göyüşovun məhkəməsi başlayıb
Hərbçi qəzada ölüb
Daha bir məşhur serial ekranla vidalaşdı - Reytinqə görə
Xanım müğənni sinə kiçiltmə əməliyyatına girdi, indisə bədəni çürüyür - Həkimlə bağlı araşdırma aparılır
Misir Mərdanovdan vəzifədən uzaqlaşdırılmasına reaksiya: "Zəng edib dedilər ki, imza at.."
Türkiyə futbolunda qumar - Daha 26 nəfər məhkəməyə göndərildi
Qusarda 71 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
Şuşada köməksiz vəziyyətdə qalanlar xilas edilib
"Yuventus" türk futbolçunun maaşını qaldırıb - 6 milyon avroya
Bayram günləri banklar işləyəcək
AFCON 2025: Hans komandalar qalib gəlib?
Şimali Koreya bölgədə gərginlik yaradıb - Yeni uzaqmənzilli raketlər sınaqdan keçirilib
Goranboyda təcili yardım avtomobili qadını vuraraq öldürüb
ABŞ-da iki vertolyot havada toqquşub - Ölən və yaralanan var
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
ZELENSKİ İLƏ TRAMPIN GÖRÜŞÜNDƏN NİKBİN MESAJLAR: "Razılaşma və zəmanət var" - "Putin bu tələbdən vaz keçməlidir"
Sumqayıtda təhlükəli tikinti: bina uça bilər - VİDEO
"Azərpoçt" sakinləri məktub dalıyca haraya göndərir? - “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”