Qubada şok olay: sakinlər və axund qeyri-adi bu məxluqun tutulması üçün kömək istədi - VİDEO

Qubada şok olay: sakinlər və axund qeyri-adi bu məxluqun tutulması üçün kömək istədi - VİDEO

CƏMİYYƏT

22.01.2020, 10:04

Quba rayonunun Əlibəyqışlaq kəndində qəribə məxluq peyda olub.

Kənd sakinlərinin telefonla çəkdiyi görüntülər ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində nümayiş etdirilib.

3 aydır evində qeyri-adi varlığın göründüyünü bildirən kənd sakini ailə üzvlərinin evə girə bilmədiklərini söyləyib.

Kəndin axundu da verilişə gəlib. O, kənd əhalisinin istəyilə proqrama qatıldığını bildirib və həmin qeyri-adi məxluqun tutulması üçün kömək istəyib.

Onun sözlərinə görə, sözügedən varlıq insanlara daş ataraq xəsarətlər yetirir.

 

Yenisabah.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR