Azərbaycanın nəhəng rəqəmsal mərkəzə (Digital Hub) çevirilməsi...
16-01-2020 [16:10]
Əməkdar Mühəndis
AzTU-nun Baş müəllimi.
***
Hörmətli Prezidentimiz İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərk bu sektorun inkişafı haqqında nazirə tapşırıqlarını verərək, sektorun ayrı -ayrı istiqamətləri haqqında araşdırmalar aparıb, məlumat verməyi tələb etmişdir.
Prezident qeyd edib ki, bir halda ki Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiberoptik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir: “Ona görə ötən ilin noyabrında Qazaxıstanda keçirilmiş təməlqoyma mərasimi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, bu xəttin çəkilişi tezliklə təmin ediləcək. Bunun uzunluğu 400 kilometrdir. Eyni zamanda, Azərbaycanda internet istifadəçilərinin sayı getdikcə artır və artıq 80 faizə çatıb. Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır.
Bu nəhəng layihə çərçivəsində 380-400 kilometr uzunluğunda fiberoptik rabitə xəttinin çəkilişini Azərbaycanın rabitə operatoru Bakcell MMC-nin törəmə şirkəti olan “Azərtelecom”, Qazaxıstanın “Transtelekom” və “KazTransCom” şirkətləri həyata keçirəcəklər. Bakcell MMC Azərbaycanın ilk və ən böyük mobil operatorlarından biri kimi güclü maliyyə resursları ilə yanaşı perşəkar mütəxəsisilərdən ibarət güclü kadr resurslarına sahibdir. Rabitə xəttinin inşası 2021-ci ilin sonuna qədər tamamlanacaq. Xəttin məlumat ötürmə qabiliyyəti saniyədə 4-6 terabit təşkil edəcək.TASİM “Trans – Avrasiya Super İnformasiya Maqistralı” Azərbaycanın nəhəg rəqəmsal mərkəzə çevrilməsi lahiyəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) vacib qlobal lahiyədir. “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurt şəhərindən Honq Konq şəhərinə istiqamətlənən əsas tranzit xəttinin mərkəzi hissəsinin (Xəzəraltı hissəsinin) qurulmasını nəzərdə tutur. Bu xətt Avropa və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çindən başlayaraq Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya çatacaq. Bu variantda Türkmənistan tranzit rolunu oynamır. Türkmənistan bu maqistral xəttin Çindən başlayaraq Qazaxstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, və Türkiyədən keçərək Almaniyaya çatmasında maraqlıdır. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşa ərazisindən keçəcək. “TASİM” layihəsi regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, Türk dünyasının bir-birinə inteqrasiyasının sürətləndirilməsinə və internet xidmətlərinin inkişafına kömək edəcək və iqtisadi inkişafa, iqtisadiyyatların diversifikasiyasına və rəqabətin artırılmasına xidmət edəcək. Eyni zamanda bu layihə alternativ marşrutlardan biri olacaq. Uzunluğu 27 000 km olan Trans-Avrasiya fiber-optik magistralının Azərbaycan və Qazaxıstan arasındakı dənizaltı seqment bu günə qədər tikilmədiyindən bu marşrutda siqnalın ləngiməsi (RTD) baş verir. Bu tikintisinə başlanacaq dənizaltı xəttin uzunluğu (Siyəzən-Aktau) 380 km-dir. Bu lahiyə çərçivəsində trafik ən qısa marşrutla Asiya və Avropa arasında Azərbaycandan keçməklə son istifadəçilərə, istehlakçılara çatdıralar. Hal hazırda dünyada optic və simsiz mobil internet sürətlə inkişaf edir. Son 40-50 il ərzində dünyada uzunluğu yüz minlərlə kilometr olan okeanaltı, dənizaltı və yerin quru səhti ilə magistral fiber-optik kabel xətləri çəkilmiş və günü- gündən yeniləri çəkilir. Dünya şəbəkələrinin sərhədləri aradan qaldırılır vahid qlobal infokommunikasiya şəbəkəsi formalaşır. Beləliklə müxtəlif qitələrdə olan ölkələr vahid informasiya məkanında birləşir və informasiya şəbəkələrinin bağlantı mkanları artır. Hər bir ölkə operatoru daha çox gəlir əldə etmək və konkurensiya davamlığını qorumaq üçün öz infrastrukturunu inkişafı etdiriri bu ümumi qlobal infrastrukturun inkişafına operatorlar tərəfindən milyardlarla ABŞ dolları vəsait sərf edilir, etibarlığı 99,982 olan - TİER 3 və etibarlığı 99,995 olan TİER 4 səviyyəli yeni Data Mərkəzlər tikilir. Bu gün ölkəmizdə internetin etibarlığı 75-ə belə çatmır. Azərbaycanda etibarlığı 99,983 olan "Tier 3" səviyyəli iki DATA mərkəzi “PASHA Technologi” tərəfindən inşa olunur.FED.az xəbər verir ki, tikilməkdə olan obyektlərin DATA Məlumat Emalı Mərkəzi Bakıda, Ehtiyat Mərkəzi isə Göyçayda yerləşəcək.Mərkəzlərin tikinti işləri plana uyğun olaraq 2020-ci ilin əvvəli başa çatdırılacaq, mart ayında isə obyektlər sertifikasiyadan keçəcək. Dünyada kontent həcminə görə nəhəg şirkətlərin (GOOGLE, Facebook vəs) şirkətlərin azərbaycanda özlərinin nəhəg Data mərkəzi serverlərini yerləşdirmək üçün tələb olunan Tier3 və Tier4 səviyəli DATA mərkəzləri hazır olacaqdır. Beynəlxalq ekspertlərin hesablamalarına əsasən, Avropa ilə Asiya arasında tranzit trafiki bazarının həcmi pul vahidi ilə ölçüldükdə 2012-ci ildə 295 milyon dollar, 2016-cı ilədə 358 milyon dollar təşkil edib.2020-ci ildə 500 milyon dollara çataçağı gözlənilir. Qeyd edilən marşruta uyğun trafik həcmi 2012-ci ildə 1139 Gbit/s, 2016-cı ildə isə 4663 Gbit/s təşkil edib. 2020-ci ildə isə 16000Gbit/s kimi yüksələcəyi gözlənilir. Rusiyanın ərazisindən Avropa-Asiya trafikinin cəmi 15%-i keçir. Ekspertlər hesab edirlər ki, Avropa hazırda Asiya ilə etibarlı rabitə kanalı və alternativ marşrutların yaradılmasında maraqlıdır.
TASİM “Trans – Avrasiya Super İnformasiya Maqistralı” tranzit ölkələr o, cümlədən Azərbaycan üçün strateji, iqtisadi və siyasi əhəmiyyət kəsb edir.
TASİM-in strateji əhəmiyyəti; - TASIM kabel layihəsinin reallaşması Azərbaycanın regional "technology hub"a çevrilməsinə imkan verir.
- Azərbaycan dünyada iki milyardan çox əhalisi olan ölkələrin rəqəmli xidmətlərin regional mərkəzinə çevriləcək.
- Azərbaycan və Gürcüstan qlobal Avrasiya
- Qərbi Avropadan Çin səddinə kimi tranzit inrastrukturun sahibinə çevriləcək.
- Azərbaycan dünyanın qlobal telekommunikasiya şəbəkəsinin əsas maqistralında strateji həlledici səs sahibinə şevriləcək.
- Azərbaycan dünyanın “Rəqəmsal Mərkəzlərdən” biri kimi dünyanın nəhəg telekommunikasiya şirkətləri (Google, Amozon, Alibaba, Facebook və s.) üçün vacib qovşağa çevriləcəkdir. - Azərbaycan internet istehlakçısından regional istehsalçıya çevriləcək
- Rəqəmli texnologiyalar sahəsində orta və kiçik biznes və startapların inkişafı ilə ölkəmiz yüksək texnologiyalar üzrə inkişaf edən ölkəyə çevriləcək.
- TASİM infrastrukturası əsasında Azərbaycan rəqəmli iqtisadiyyatın inkişaf etdiyi ölkəyə çevriləcək. - TASİM optik kabel maqistralı Orta Asiya, Azərbaycan və Türkiyə olmaqla Türk dünyasını bir-birinə rəqəmli ineqrasiya edəcəkdir. Müasir dünya düzənində Türk dünyasını vahid güc mərkəzinə çevirəcək.
TASİM-in Siyasi əhəmiyyəti;
- Nəhəng Telekommunikasiya və İKT şirkətlərinin Azərbaycana cəlb olunması ölkə üçün əlavə siyasi dividentlər yaradacaq.
- Qlobal Telekommunikasiya və İKT şirkətlərinin şəbəkələrinin Azərbaycanda bir-birinə bağlanması ölkəmiz üçün əlvə siyasi dividentlər yaradacaq.
- Regionda ən böyük DATA mərkəzlərdən birinin Azərbaycanda qurulması və ətraf ölkələrin məlumat bazalarının ölkəmizdə saxlanılması ölkəmizdə əlavə siyası dividentrər yaradacaq.
- Azərbaycanın bu optik kabel maqistralının mərkəzində yerləşməsi ona digər reqion ölkərə nəzərən prioritet mövqe yaradacaq.
- Ermənistanın telekommunikasiya sahəsində tranzit biznesi bloklanacaq və Azərbaycanın Erməmistana nəzərən rəqəmsal üstünlüyü təmin olunacaq. - Azərbaycanın telekommunikasiya və İKT şəbəkə sisteminin dünya üçün vacib əhəmiyyəti nəticəsində ölkəmizin kiber təhlükəsizliyi təmin olunacaq.
TASİM-in iqtisadi əhəmiyyəti;
- Azərbaycan Avropa ilə Asiya məkanında tranzit ölkə kimi iki milyardan çox əhalinin tranzit informasiya trafikini ötürməklə ildə yüz milyon dollarla gəlir əldə edəcək.
- Yeni iş yerləri və yeni biznes sahələri yaranacaq.
- Rəqəmli iqtisadiyatın və istehsalın inkişafına mühüm təkan verəcək.
- Telekommunikasiya və İKT sahəsində reqional loqistika mərkəzi yaranacaq.
- Ölkəyə əlavə valyuta daxil olmaqla ölkənin iqtisadi dayanaqlığı artacaq.
- Rəqəmli infrastukturun yaranması sosial aktivlik yüksləcək, nəticədə ümumi daxili məhsulun artımına səbəb olacaq.
- Azərbaycanda telekommunikasiya, İKT və internet xidmətlərinin keyfiyyəti və həcmi dəfələrlə atraraq, xidmətlərin səmərəliyi yüksələcək.
- Azərbaycana nəql olunan beynəlxalq internet resurslarının qiyməti dəfələrlə ucuzlaşmaqla, uyğun olaraq internetin daxili bazarda qimətləri dəfələrlə ucuzlaşacaq və internetdən əhalinin yüz faiz istifadəsi təmin olunacaq. Nəticədə azərbaycan internet istifadəçiləri də bir sıra üstünlüklər əldə edəcəklər. Amma bu lahiyə çərçivəsində ölkəmizdə internet istifadəçilərinin problemləri tam həll olunmur. On min kilometrlərlə Bakı şəhər mərkəzi stansiyalara daxil olunan və ya Bakı DATA mərkəzlərindən hər bir istifadəçinin evinə kimi optika ilə internetin təmin edilməsi üçün lahiyələr vaxtında həyata keçirilməlidir.
Bu sahədə dünyada müasir texnologiyaların tətbiqi ilə FTTO - Fiber To The Office, FTTH Fiber To The Home və s. standartları Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il dekabrın 6-da imzaladığı fərmanla təsdiq edilmiş “Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi”nə uyğun olaraq ölkəmizdə mənzilə kimi optika standartı ilə optik internet lahiələri özəl sektoru cəlb etməklə qısa müddətdə həlli vacib məsələdir. Hal hazırda Bakıtelecom MMC-nin Bakı şəhərində mənzilə kimi optika ilə GPON lahiyələrin həyata keçirilməsi üçün minimum beş il vaxt lazımdır. Belə olan halda özəl sektorun Azərtelekom MMC-nin Bakıda yartdığı nəhəng rəqəmsal mərkəzinin (Digital Hub) və “Trans – Avrasiya Super İnformasiya Maqistralı”nın resurslarından bu maqistral boyu ölkələr istifadə etdiyi halda Bakı şəhərinin internet istifadəçilərinin çox hissəsi bu resurslardan uzun müddət istifadə edə bilməyəcəkdir. Ona görə problemi vaxtında həlli üçün həm özəl, həm də dövlət qurumları güclərini konsentrasiya etmələri vacibdir.
MİA.AZ
Beyrut növbəti dəfə bombalanıb - Nəsrullahın köməkçisi öldürülüb?
Pakistanda əşirətlər arasında silahlı toqquşma: 92 nəfər öldürülüb, 200-dən çox yaralı var - Döyüşlər hələ də gedir
İsrail əsgərləri daha 12 fələstinlini həbs edib
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Elçin Cavadovun "STEAM" və "Əməyin mühafizəsi və təhlükəsizliyi" adlı dərs vəsaitlərinin təqdimatı olub - VİDEO, FOTOLAR
Ərdoğanla Putin arasında telefon danışığı olub
Prezident İlham Əliyevdən paylaşım: “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!”
Bakıda COP29-un bağlanış plenar sessiyası... - 300 milyard təsdiqləndi + VİDEO (YENİLƏNİB)
"Mənə bir də bu barədə sual verməyin" - Qurbanov
4 uşaqlı qadının 3 uşaq atası ilə gizli görüşü ikisinin də sonu oldu - "Əl-ayaqları bağlanaraq çəkiclə öldürülüblər" (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Londonda 24 saat ərzində 3 terror qorxusu yaşanıb - Biri ABŞ səfirliyinin yaxınlığında olub
Renad Dadaşovun komandası uduzub
TÜRKİYƏ XİN BAŞÇISINDAN QORXUNC ANONS: “Putin nə dedi?" - "Nüvə müharibəsi riski artıb, bu, artıq zarafat deyil”
Ankaraya qar yağıb, avtomobil yolunda hərəkət çətinləşib - FOTO
Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub - Açıqlama
İstanbulda 6 mərtəbəli fabrikdə çıxan yanğın 16 saat sonra nəzarətə alınıb - FOTOLAR (YENİLƏNİB)
PKK Suriyada Türkiyənin nəzarətində olan bölgəyə atəş açıb - Bir uşaq ağır yaralanb
HƏR PAYLAŞIMA 12 MİN MANAT... - Blogerlərin qumar biznesmenləri ilə gizli işbirliyinin detalları açılır
RUSİYANIN AVROPANI QORXUDAN "ÜÇBAŞLI RAKET"i: "Qarşısıalınmazdır, Avropadakı istənilən hədəfi maneəsiz vura bilər”
Hakan Fidan Lavrovla müzakirə aparıb - Telefonda
Qəzzada daha 23 mülki şəxs öldürülüb
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Naxçıvana da hökm edəcək - Cavid İsmayılzadənin "əli uzandı"
“Azərenerji” və “Azərişığ"a əlavə səlahiyyət verildi - Fərman
Ərdoğandan Netanyahu haqqında çıxarılan həbs qərarına ilk reaksiya: "Cəsur hökmdür..."
Zaur Mikayılovun digər müavini də məmur qardaşı çıxdı - FOTO
Türkiyə iki ölkədə terrorçuları zərərsizləşdirib
1-ci siniflərin yerdəyişmə prosesinə start verilir
Zaur Mikayılovun yeni təyin olunan birinci müavini kimdir? - Maraqlı məlumatlar + FOTO
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Prezident bir qrup şəxsi təltif edib - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar verilib
Pakistanda daha bir terror aktı: ölən və yaralananlar var
AGENTLİK SƏDRİNƏ DAHA 3 MÜAVİN TƏYİN EDİLDİ - Sərəncam + FOTOLAR
Temperatur düşəcək, leysan yağacaq - Xəbərdarlıq
COP29 zolaqlarında yol nişanları sökülür