Bakıda marketə basqın edib, sahibini bıçaqlayan 2 nəfər qandallandı

img

09-01-2020 [12:35]


Bakıda zoomarketə basqın edilib.

DİN-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rayon ərazisində baş verən quldurluq hadisəsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, yanvarın 7-də saat 16 radələrində Mərdəkan qəsəbəsi ərazisində yerləşən zoomarketə gələn 2 nəfər oranın sahibi H.Babayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək cibindən 14 000 manatı götürüb hadisə yerini tərk ediblər.

H.Babayev xəstəxanaya yerləşdirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əliyev və Ə.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA