Dövlət Agentliyi 31 avroya olan malı 1082 dollara niyə alıb? - Rəsmi açıqlama + FAKTLAR
29-12-2019 [10:01]
Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracağı haqda xəbər vermişdik. Həmin nişanların birinin büdcəyə 1840 manata (1082 ABŞ dollarına) başa gəlməsi isə şok effekti yaradıb. Belə ki, bir nişanın bu qiymətə olması heç bir halda inandırıcı deyil.
Yenisabah.az məsələ ilə bağlı internet üzərindən qısa araşdırma aparıb və nəticədə ortaya şok reallıq çıxıb. Bəlli olur ki, Bakı Nəqliyyat Agentliyi bu nişanları Almaniyadan 30 dəfə, Rusiyadan isə düz 70 dəfə baha qiymətə “alıb”.
Bəlli olur ki, həmin nişanlar Avropanın ən bahalı ölkələrindən olan Almaniyada cəmi 32 avro (60 manat), Rusiyada isə 850-950 rubl (25 manat) qiymətinə satılır.
Bildirək ki, dövlət satınalma reyestrinə əsasən, BNA dekabrın 24-də "MG Construction” MMC ilə bu nişanların alınması üçün müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 920 min manatdır.
***
Bakı Nəqliyyat Agentliyi şişirdilmiş qiymətlərlə yol lövhələri alması haqda xəbərə münasibət bildirib.
Mia.az xəbər verir ki, BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında KİV-ləri qərəzli məlumat yaymaqda ittiham edib:
:
“Əhalinin nəqliyyat sahəsinə olan diqqət və marağından sui-istifadə edən bəzi KİV-lər ictimai nəqliyyat və yol hərəkətinin təşkili ilə bağlı məlumatların yayılmasında qeyri-peşəkarlıq, bəzi hallarda isə qərəzli mövqe nümayiş etdirirlər. Bütün bunlar isə dövlət tərəfindən şəhər nəqliyyat sistemində həyata keçirilən və son illər keyfiyyətcə yeni mərhələyə qədəm qoyan islahatlara xələl gətirmək, vətəndaşlarda görülən işlərə qarşı inamsızlıq yaratmağa xidmət edən uğursuz cəhdlərdir.
Növbəti belə uğursuz cəhd Bakı Nəqliyyat Agentliyi tərəfindən piyadalar üçün istiqamət göstərici lövhələrin alınması ilə bağlı informasiyanın yayılması zamanı edilib. Belə ki, Dövlət Satınalma Reyestrinə istinadən bu barədə məlumatı əldə edən bəzi KİV nümayəndələri təxəyyüllərinə uyğun yalan məlumatlar yayımlayıblar. Ucuz reytinq qazanmaq və digər çirkin məqsədləri güdən həmin şəxslər, eyni zamanda, jurnalist kimi nə dərəcədə savadsız olduqlarını da bir daha nümayiş etdiriblər. Dövlət Satınalma Reyestrində açıq şəkildə söhbətin piyadalar üçün istiqamət göstərici lövhələrin alınmasından getdiyi qeyd olunsa da özlərini jurnalist adlandıran həmin şəxslər Bakı Nəqliyyat Agentliyini adi yol nişanının dəyərini şişirtməkdə ittiham ediblər.
Məsələyə peşəkar yanaşma olsaydı, həmin məlumatı və onunla bağlı sual doğuran məqamları dəqiqləşdirmək üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlanılardı.
Bu cür savadsız və tam qərəzli formada yayılan hər hansı əsassız bir fikir və yalnış rəy görülən işlərə kölgə salmaqla yanaşı, insanlar arasında yersiz təşviş və çaşqınlığın yaranmasına gətirib çıxarır.
Bir daha bu cür qeyri-peşəkar və qeyri obyektiv mövqedən çıxış edən KİV-i nümayəndələrini diqqətli olmağa çağırırıq. Eyni zamanda, tövsiyə edirik ki, əldə etdiyiniz məlumatı aidiyyəti üzrə qurumun Mətbuat Xidməti ilə dəqiqləşdirmədən yayımlamaqdan çəkinin”.
M. Ağayev açıqlamasında yalnız bu xəbəri yayan KİV-ləri ittiham edib, amma həmin yol lövhələrinin xarici ölkələrdəki qiymətləri ilə bağlı yaydığı xəbər haqda heç nə deməyib.
BNA təmsilçisi deyir ki, saytımızın Almaniyada 31 avroya satılan yol nişanının agentlik tərəfindən 1840 manata rəsmiləşdirilməsi xəbəri həqiqəti əks etdirmir: “Bu lövhə bizim aldığmız yol lövhəsi deyil”.
M. Ağayev BNA-nın sifariş etdiyi yol lövhəsinin nümunə olaraq fotosunu da xəbərin qaynağı olan sayta göndərib.
Məlumatın ilkin qaynağı olan Yenisabah.az saytı həmin lövhənin də Almaniyadakı qiyməti ilə maraqlanıb.
Məlum olur ki, heç bu nişanlar da iddia olunan qiymətə (1082 dollar) deyil. Həmin yol lövhələrinin qiyməti 85-216 avro arasında dəyişir.
Xatırladaq ki, BNA 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracaq. Bir yol nişanının bi ədədi dövlətə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək. Müqavilənin ümumi dəyəri 920 min manatdır.
Tokayev Qəbələyə gəlib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rodri İspaniya yığmasının heyətindən kənarlaşdırıldı - Səbəb
“Bakcell”in meqa lotereyasının qalibi bəlli oldu - FOTO
9 saxta tanınma şəhadətnaməsi aşkarlanıb
Zakir Həsənov Böyük Britaniya səfiri ilə görüşüb - Müzakirə
Türkiyədə fahişə alverinə qarşı əməliyyat: aralarında ər-arvadlar da olan 16 nəfər saxlanılıb (FOTO)
"Qalatasaray"ın futbolçusu bir ay meydana çıxa bilməyəcək
Qırğız Prezidenti Qəbələyə gəlib
Müğənni İzzət Bağırov 50 illik yubileyə hazırlaşır
Dilarə Əliyeva özünü Faiq Ağayevdən üstün sayır: "Mənim "stand-up"ımın bileti 150 manatdır"
Kamran Sadıxlı yeni vəzifəyə gətirildi
Zaqatala-Balakən zonasını böcəklər basıb
"Nazirin bu qurumla münasibətləri daim soyuq olub..." - Ekspert maraqlı faktları sadaladı
2025-ci il tibb üzrə Nobel mükafatını onlar aldı - SİYAHI
Viktor Orban Azərbaycana gəlib (Yenilənib)
İstanbulda bərə estakadaya belə çırpıldı - VİDEO
CHP-də daha bir istefa olub
Ersin Tatar Qəbələyə gəlib - FOTO
Qarabağ bölgəsində daha 1 432.8 hektar ərazi minalardan təmizlənib
Bərdədə zavodda partayış: cinayət işi başlanıb
Sabah yağış yağacaq
Sevil Əliyevanın oğlu evlənib - FOTOLAR
İKİ PROREKTOR VƏZİFƏDƏN AZAD EDİLDİ - Nazirdən dəyişikliklər
Dünən hökumət qurdu, bu gün istefa verdi - Fransaın baş naziri getdi
Prezident Qəbələdə Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib - Nələr müzakirə olunub?
Türkmən xalqının Milli Lideri Qəbələyə gəlir
İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib - FOTO
TƏHSİLİMİZ ÜÇÜN BİR İTKİ - Məktəb direktoru vəfat edib
Azərbaycanda qrip yayılıb - Vaksinasiya kampaniyası başlayır
"Nar"ın dəstəyi ilə inklüzivliyi təşviq edən "Bütün Vücudlar Danışır" layihəsinin hesabat tədbiri baş tutdu - FOTOLAR
TƏLƏBƏ YOLDAŞLARI, ONLARIN ÖVLADLARI... - Nazirlikdə mühim post tutanlar niyə narahat olublar?
Yadigar Muradovun vəziyyəti ağırdır
İndoneziyada məktəb binası uçub - 49 nəfər ölüb
Öcalanın parlamentdə dinlənilməsi, MHP "hə" dedi, Ərdoğanın müşaviri isə... - "Bu, dinləmə danışıqlar demək deyil"
Əmək pensiyaları ilə bağlı qərar imzalandı - Nələr olacaq?
ABŞ daha iki hərbi gəmini yola saldı, savaş qapısı döyülür - Maduro Papadan kömək istədi, Lavrov isə...
Baş nazir Əli Əsədov yeni qərar imzalayıb