"Azercell" abunəçilərinin faktura hesablarını onların elektron ünvanlarına göndərəcək
25-12-2019 [18:49]
Azərbaycanın mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti abunəçilərinin faktura hesabı haqqında məlumatı artıq bilavasitə onların elektron ünvanlarına göndərəcək.
Şirkətdən Mia.az-a daxil məlumata görə, hesab fakturaların kağızda çap edilməsi ətraf mühitə mənfi təsir göstərməklə öz-özlüyündə məhdud təbii resursların israfı ilə nəticələnir.
Belə olan halda, məlumat mübadiləsinin elektron formada təşkilini daha da səmərəli və istifadə baxımından rahat sayılır. Həmçinin, bir çox abunəçilərin vaxtı ilə təqdim etdikləri ünvan məlumatlarının qeyri-dəqiq olması və ya digər səbəblər (abunəçinin başqa ünvana köçməsi, yeni ünvan sisteminin tətbiqi və sair) şirkət tərəfindən ünvana göndərilən hesab-fakturaların alıcıya çatmaması ilə nəticələnə bilirdi. Artıq abunəçilər “Azercell” Müştəri Xidmətləri mərkəzlərinə müraciət edərək, ödənişsiz əsaslarla elektron poçt ünvanına hesab-fakturanın göndərilməsi xidmətini aktiv edə bilərlər.
Bundan başqa, abunəçilər hesab-fakturalar barədə məlumat əldə etmək üçün digər alternativ imkanlardan da yararlanmaq iqtidarında olacaq. Belə ki, “Kabinetim” mobil tətbiqi və veb-versiyası üzərindən abunəçilər nömrənin cari vəziyyəti barədə məlumatları yoxlaya, o cümlədən son üç hesab-faktura ilə tanış ola, müxtəlif əməliyyatlar həyata keçirə bilərlər. Həm də, abunəçilər nömrənin cari vəziyyəti (o cümlədən hesab faktura məbləğləri) barədə məlumatı 650 xidməti (1 SMS üçün xidmət haqqı – 0,0236 AZN ƏDV daxil) vasitəsi ilə əldə etməsi mümkündür.
Eyni zamanda, abunəçilər istənilən Müştəri Xidmətləri mərkəzinə müraciət etməklə, nömrələrinə dair hesab fakturanın çap variantını kağız daşıyıcıda pulsuz olaraq əldə etmək imkanına malikdirlər.
Qeyd edək ki, yeni elektron xidməti ilə bağlı 25 yanvar 2020-ci il tarixindən etibarən “Azercell Telekom” tərəfindən kağız daşıyıcıda hesab-fakturaların abunəçilərin poçt ünvanına və faksla çatdırma xidməti ləğv ediləcək.
Abunəçilər göstərilən dəyişiklər, hesab fakturaların elektron poçt ünvanına çatdırılması xidmətinin sifarişi və imtina qaydası barədə şirkətin rəsmi internet səhifəsindən (azercell.com), həmçinin Müştəri Xidmətlərinə (Müştəri Xidmətləri mərkəzləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə edə bilər.
Prezident Qəbələdə Macarıstanın Baş naziri ilə görüşüb - FOTOLAR
İlham Əliyev Qəbələdə Şimali Kiprin Prezidenti ilə görüşüb
Tokayev Qəbələyə gəlib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rodri İspaniya yığmasının heyətindən kənarlaşdırıldı - Səbəb
“Bakcell”in meqa lotereyasının qalibi bəlli oldu - FOTO
9 saxta tanınma şəhadətnaməsi aşkarlanıb
Zakir Həsənov Böyük Britaniya səfiri ilə görüşüb - Müzakirə
Türkiyədə fahişə alverinə qarşı əməliyyat: aralarında ər-arvadlar da olan 16 nəfər saxlanılıb (FOTO)
"Qalatasaray"ın futbolçusu bir ay meydana çıxa bilməyəcək
Qırğız Prezidenti Qəbələyə gəlib
Müğənni İzzət Bağırov 50 illik yubileyə hazırlaşır
Dilarə Əliyeva özünü Faiq Ağayevdən üstün sayır: "Mənim "stand-up"ımın bileti 150 manatdır"
Kamran Sadıxlı yeni vəzifəyə gətirildi
Zaqatala-Balakən zonasını böcəklər basıb
"Nazirin bu qurumla münasibətləri daim soyuq olub..." - Ekspert maraqlı faktları sadaladı
2025-ci il tibb üzrə Nobel mükafatını onlar aldı - SİYAHI
Viktor Orban Azərbaycana gəlib (Yenilənib)
İstanbulda bərə estakadaya belə çırpıldı - VİDEO
CHP-də daha bir istefa olub
Ersin Tatar Qəbələyə gəlib - FOTO
Qarabağ bölgəsində daha 1 432.8 hektar ərazi minalardan təmizlənib
Bərdədə zavodda partayış: cinayət işi başlanıb
Sabah yağış yağacaq
Sevil Əliyevanın oğlu evlənib - FOTOLAR
İKİ PROREKTOR VƏZİFƏDƏN AZAD EDİLDİ - Nazirdən dəyişikliklər
Dünən hökumət qurdu, bu gün istefa verdi - Fransaın baş naziri getdi
Prezident Qəbələdə Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib - Nələr müzakirə olunub?
Türkmən xalqının Milli Lideri Qəbələyə gəlir
İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib - FOTO
TƏHSİLİMİZ ÜÇÜN BİR İTKİ - Məktəb direktoru vəfat edib
Azərbaycanda qrip yayılıb - Vaksinasiya kampaniyası başlayır
"Nar"ın dəstəyi ilə inklüzivliyi təşviq edən "Bütün Vücudlar Danışır" layihəsinin hesabat tədbiri baş tutdu - FOTOLAR
TƏLƏBƏ YOLDAŞLARI, ONLARIN ÖVLADLARI... - Nazirlikdə mühim post tutanlar niyə narahat olublar?
Yadigar Muradovun vəziyyəti ağırdır
İndoneziyada məktəb binası uçub - 49 nəfər ölüb
Öcalanın parlamentdə dinlənilməsi, MHP "hə" dedi, Ərdoğanın müşaviri isə... - "Bu, dinləmə danışıqlar demək deyil"
Əmək pensiyaları ilə bağlı qərar imzalandı - Nələr olacaq?
ABŞ daha iki hərbi gəmini yola saldı, savaş qapısı döyülür - Maduro Papadan kömək istədi, Lavrov isə...
Baş nazir Əli Əsədov yeni qərar imzalayıb