Bu rayonda həkimlərin maaşı artırıldı - 50 faiz

img

24-12-2019 [19:53]


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Babək rayonunda icbari tibbi sığorta tətbiq edilib.

Eyni zamanda, Babək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.

Bundan başqa, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Babək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA