İqbal Ağazadə ilə Rauf Arifoğlu indidən bir-birinə qarşı hücum anonsu verdi - Mandat sevdası keçmiş "xlebnik"ləri "üz-göz" etdi
23-12-2019 [16:28]
Ümid Partiyasının sədri İqbal Ağazadə Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğlunun onun namizəd olduğu 35 saylı Xətai Seçki Dairəsindən namizədliyini elan etməsinə münasibət bildirib.
Partiya sədri dostluq münasibətləri olan R.Arifoğlunun bu qərarından narazılığını gizlətməyib, lakin qalib gələcəyinə inamını ifadə edib.
“Bizim mücadilə və mübarizəmiz dəyərlər və qanunlar üçündür. Biz bu ölkədə dəyərlərin və hüququn aliliyi naminə hər şeyimizdən keçməyə hazırıq. Hüquq Rauf bəyə haqq verir ki, istənilən dairədən namizədliyini irəli sürüb mübarizə aparsın. Passiv seçki hüququndan istifadə etməyə kimsəyə qadağa qoymağa nə mənim, nə də sizin haqqınız yoxdur”, – İ.Ağazadə R.Arifoğlunu ittiham edən tərəfdarlarına xitabla Feysbukda yazır.
Ümid sədri əminliyini ifadə edib ki, o, 35 saylı dairənin seçicilərindən səs ala biləcək. Sitat: “Biz seçicidən səs almaq istəyirik. Və əminəm ki, alacağıq. Bunu hər kəs bilir, şübhə edənlər də həm təbliğat, həm də səsvermə günü bir daha şahid olacaqlar. Mən heç vaxt başqa dairədən namizədliyimi verməmişəm. Haqqım tanınanda da, tanınmayanda da bu dairənin seçicilərinə üz tutmuşam. Ənənəmə bu dəfə də sadiq qaldım. Rauf bəylə şəxsi münasibətlərimizdən dolayı sizlər onun namizədliyini bu dairədən verməsinə aqressiv yanaşır, mənim heç zaman o namizəd olduğu dairədən iddia ortalığa qoymayacağımı bildiyiniz üçün emosional davranırsınız. Doğrudur, mən heç vaxt Rauf bəyin dairəsindən – həm də həmişə iddialı olduğu, onun daima ordan namizədliyini verdiyini bildiyim dairədən – namizədliyimi verməzdim. Bu mənim prinsiplərimdir. Ona görə yox ki, kiməsə uduza biləcəyimi güman edirəm, əsla. Sadəcə dəyərlərə sayğımın ifadəsi belədir. Lakin mən beləyəmsə, hamını mənim kimi olmağa da məcbur etməyə nə mənim, nə də sizin haqqınız yoxdur. Mən bütün iddialıları bu dairəyə dəvət edirəm, gəlsinlər namizəd olsunlar, yarışsınlar. Seçici səsi almaq üçün mübarizə aparsınlar. Lakin Araz Əlizadəyə oxşamasınlar. Uduzanda kişi kimi etiraf etsinlər, xalqın səsinə haram qatmasınlar, hətta uduzanda mandatı onlara verən tapılsa belə imtina etməyə vicdanları olsun”.
İ.Ağazadə rəqibi R.Arifoğluna seçki ilə bağlı “məsləhətlərini əsirgəməməyə” hazır olduğunu qeyd edib: “Namizəd olan hər kəsə, o cümlədən Rauf bəyə uğurlar arzulayıram. Həmişəki kimi dəstək ola bilməyəcəyəm, əziz Rauf bəy. Lakin seçki texnologiyalarını bilən adam kimi seçki qərargahınıza məsləhətlərimi əsirgəmərəm. Mən olduğum yerdə dəyərlər heç zaman pozulmayıb, bir ömür də belə olacaq – mənə münasibətdən asılı olmayaraq. Rauf bəy, bir daha uğurlar arzu edirəm, sizinlə yanaşı gerçək mübarizə aparmaq istəyən hər kəsi bu dairəyə dəvət edirəm”.
İ.Ağazadə sonda rəqiblərinə olmuş bir əhvalat üzərindən düşündürücü bir xəbərdarlıq da edib: “P.S. Bir gün yenicə Əməkdar Artist adı alan müğənnilərdən biri mərhum sənətkarımız Habil Əliyevə deyir ki, bəs mənə də Əməkdar Artist adı verdilər. Habil müəllim deyir ki, onlar verdi verdi, bəs sənin abırına nə gəldi ki, götürdün? İndi namizəd olanlar bir də bunu düşünsünlər: xalq səs vermirsə, nəyisə götürməyin, daşıya bilməyəcəksiniz…”.
Rauf Arifoğlunun İqbal Ağazadəyə cavabı da gecikməyib.
“Ümid partiyasının rəhbərlərinin və İqbal Ağazadənin tərəfdarlarının, səlahiyyətli nümayəndələrinin haqqımda apardıqları kampaniyanı izləyirəm. Şikayətçi deyiləm. Mənim 35 saylı dairəyə bir ərizə ilə müraciət etməyimlə, ölkədə parlament seçkilərinə start verilib. Hansı dairədən namizədliyimi versəydim, belə olacaqdı və oralarda da mütləq kimsə tapılacaqdı ki, desin, “Rauf Arifoğlu niyə gəldi?”. Kimsə özündən güclü olan, yaxud gücünü öz gücünə yaxın hiss etdiyi namizədi sevməz, istəməz”, – deyə R.Arifoğlu “Modern.az”-a açıqlamasında bildirib.
O qeyd edib ki, demokratiyadan danışanlar, “demokratam” deyənlər bu istəməzliyi bir az fərqli, daha sivil ifadə etməlidirlər: “Dünyadakı ən böyük dəyərin əslində demokratiya və hüquq olduğunu unutmamaq lazımdır. Zahidin haqdan qaçması kimi, azcana bunlara əziyyət olacaq bir situasiyada dönüb, demokratiyadan qaçırlar. Milli mentalitetdən danışırlar. Milli mentalitetə qalsaydı, bəziləri gərək utandığından mənim adımı zikr etməyəydi”.
Media Qrupun rəhbəri bütün iddialara cavabının olacağını da istina etməyib: “İqbal Ağazadəyə uğur arzulayıram. Ona və bütün iddialara cavablarım olacaq. Bir az səbr…
Yeri gəlmişkən, xatırladıram ki, daha iki ”türmə dostu”, iki ”xlebnik” 15 saylı dairədən biri-birinə rəqibdirlər – Arif Hacılı və Sərdar Cəlaloğlu. İki tanınmış jurnalist və iki dost – Zahir Əzəmət və Ceyhun Musaoğlu isə 45 saylı dairədə yarışacaq. Daha da olacaq. Əslində, dəyər budur, demokratiyanın oyun qaydaları budur. Kimə hara uyğundur, kim şansını hansı dairədə görürsə, oradan da namizədliyini verir. İqbal Ağazadə də belə bir şansın arxasınca 2015-ci ildə Ağdaşa getmişdi. 90 saylı dairəyə. Orada ona daş atırdılar ki, “bizim dairəyə niyə gəldin?!”. İndi də “Ümid”çilər həmin daşları mənə atırlar – bizim dairəyə niyə gəldin, deyə. Sağ olsunlar. Məni iqtidar namizədi elan edib, seçicilərini də yönləndirilər ki, İqbal bəyin şansı qalmadı”…
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər
BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək - İsraillə bağlı
Hakan Fidan İsraili sabitliyi pozmaqda ittiham edib: "ABŞ-la təmasdayıq" - "Regionda arzuolunmaz proseslərin şahidi olacağıq"
Suriya BMT-yə üz tutub - İsrailin hücumu ilə bağlı
Türkiyə ilə BƏƏ arasında yeddi saziş imzalanıb
"Konyaspor" yarımmüdaifəçi transfer edib
"Beşiktaş" yeni oyunçusu İstanbula gələ bilməyib
17 yaşlı gənc kanalda batıb
İSRAİL SURİYADA PREZİDENTİN İQAMƏTGAHINI DA VURDU: "Bizə arxayın olun" - Baş nazir və Nazir rejimi daha ağır zərbələrlə hədələdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna edilb - Fərman
Prezident ipoteka krediti ilə bağlı fərman imzaladı - Qayda dəyişdi
"Həmkarlar" işçilərin maaşının kəsilməsinə imza atıb - Komitə sədri sənəd paylaşdı (FOTO)
MHP sədri DEM-in heyəti ilə görüşüb
Bulvardakı konsertdə söyüş söyən reper saxlanıldı
Qurbanqulu Berdiməhəmmədov Zəfər parkını ziyarət edib
Sumqayıtda əməliyyat: İbrahim Əliyev və Elçin Hüseynov saxlanılıblar
Oğuzda üzərinə ağac düşən 34 yaşlı şəxs ölüb
Sabiq deputat AHİK sədrini "vurdu" - "Dörd-beş nəfər birdən istefa verir, yaxud..."
İsrail Suriyanın Baş Qərargahına zərbə endirib: "İstənilən hərbi ssenariyə hazırıq"
İmamoğlu hakim qarşısında prokurorla dilləşdi: "Mənə baxma” - Məhkəmədən ilk foto yayıldı
Leyla Əliyeva Berdiməhəmmədovun qızı ilə görüşüb - FOTOLAR
Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanı ziyarət edib
General vəzifədən azad edilib? - DSX xəbəri təkzib elədi
"İctimai TV"nin əməkdaş rejissor Kənan M.M.-dən polisə şikayət edib - "Ölkədə hər büdcəyə uyğun yaltaq var, bax, sənə lazım idi?"
"İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl onu paraflaya bilər" - "Biz heç vaxt bu gündəliyə zidd olan müzakirələr aparmamışıq"
Sabah hava necə olacaq? - Proqnoz
Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürülüb (YENİLƏNİB)
Türkiyədə daha bir bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
100-dən çox şəhid ailəsi, qazilər, tanınmış sənətçilər jurnalistlə bağlı ölkə rəhbərliynə müraciət ediblər
Məşhur aktyor 53 yaşında vəfat etdi
"Karvan"da baş məşqçi və məşqçilər təyinatı olub
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
I Qarabağ müharibəsində itkin düşmüş daha bir şəhidin şəxsiyyəti müəyyənləşdi - FOTO
“Qumar kralı”nın adamları azadlığa çıxdı - 8 illik hökm ləğv edildi
Rusiyalı MMA döyüşçüsü küçədə güllələndi - Anbaan VİDEO
Bakir Səfərovla bağlı daha bir qərar verildi
Kamal Kılıçdaroğlu Dövlət Baxçalıya zəng etdi - "Təşəkkür edirəm"
Arvad 37 yaşlı ərini bıçaqlayıb