Bulvardakı konsertdə söyüş söyən reper saxlanıldı 

img

16-07-2025 [15:08]


Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.

Mia.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer almasının səbəb olduğu bildirilir.

Bakı bulvarındakı “EGP Arena”da baş tutan tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

Hazırda reperlə bağlı araşdırma aparılır.

Xatırladaq ki, konsertin keçirildiyi “EGP Arena” Su İdman Sarayının ərazisində yerləşir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR