107 saylı dairədən xanım namizəd Prezidentə şikayət etdi: "Onlara seçkiyə müdaxilə gücünü kim verib?" - FOTOLAR

"Hospitaldayam" - İqbal Ağazadə ilə Rauf Arifoğlunun bir-birini təhdid etdiyi dairədə nə baş verir?

Ərdoğan zəlzələdə ölən ana və uşağın cənazəsini çiyinində daşıdı: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"

PARTİYA DEPUTATLA BAĞLI MSK-ya ŞİKAYƏT ETDİ - İcra başçısının müavini niyə görüşlərə qatılır? + FOTOLAR

Etibar Pirverdiyevin Tbilisidə də şərikli şirkəti varmış... - "Azərenerji"nin sabiq rəhbəri haqda yeni məlumatlar yayıldı + Sənədlər

"Bu yaşda insan mübarizə aparmaz, iddiada olmaz, yol kəsməz" - Prezident təqaüdçüsündən yazıçı Anara sərt etiraz

Prezident İlham Əliyev Türkiyədə zəlzələ zonasında oxuyan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verdi

YAP-ın seçki qərarına məhəl qoymayanlar partiyadan qovulacaq - Seçkidə ikitirəlik yaradan namizədlərə mesaj verildi

YAP-ın RƏSMİ QƏRARINI POZAN HEYDƏROVUN KÖMƏKÇİSİ, YAXUD SƏDAQƏT VƏLİYEVANIN MÜAVİNİ... - Partiya ona sərt üzünü göstərəcəkmi?

İki xəstə vəfat etdi, 5 nəfər reanimasiyaya köçürüldü... - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? + Açıqlamalar

"Xəbər məni son dərəcə sarsıtdı..." - İlham Əliyev Ərdoğana məktub göndərdi

PARLAMENT SEÇKİLƏRİ: deputatlığa iddialıların sayı açıqlandı - 100-ə yaxın namizəd geri çəkilib

Müşfiq Abbasov və Zaur Baxşəliyevə qarşı şikayət... - Məhkəmə icraata qəbul etməyib

img

13-12-2019 [10:41]


Yasamal Rayon Məhkəməsində "Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov və "Azad Azərbaycan" telekanalının "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyevə qarşı xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclası keçirilib.

Müşfiq Abbasov "Report"a bildirib ki, şikayətçi Mehriban Həsənova onun və Z.Baxşəliyevin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib: "Hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən iclasda şikayət əsassız olması səbəbilə icraata qəbul etməkdən imtina edildi".

Qeyd edək ki, şikayətə Müşfiq Abbasovun evin əlindən alınması ilə bağlı sosial şəbəkədə və Zaur Baxşəliyevin aparıcı olduğu "Bizimləsən" verilişində açıqlama verməsi səbəb olub.

Müşfiq Abbasov bildirib ki, M.Həsənovanın həyat yoldaşı Taleh Həsənov 2006-cı ildə öz baldızı qızı, fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Gülrux Həsənovanın adına "Təməl-N” MTK-dan ev alıb:

"Hadisədən 3 il sonra Taleh Həsənov dünyasını dəyişib. Taleh Həsənov özü o evə gəlib-getsə də, onun həyat yoldaşı Mehriban Həsənova heç vaxt orada olmayıb, yaşamayıb və onun adına da heç vaxt heç bir sənəd olmayıb. Lakin Mehriban Həsənova ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib”.

M.Abbasov qeyd edib ki, 2013-cü ildə G.Həsənovadan həmin evi 145 min dollara alıb:

"Evin də "kupçası" saxta imiş və saxta çıxarışa əsasən də mənə çıxarış verilib. Hətta, bu, belə olduğu halda mənim nə günahım var? Axı bu alqı-satqını 5 saylı dövlət notariusu təsdiqləyib və sonra Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ona əsasən mənə çıxarış verib”.

Xatırladaq ki, M.Həsənova G.Həsənovanı, ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsini və üçüncü şəxs qismində isə "Təməl-N” MTK-nı məhkəməyə verərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mülkiyyət hüquqlarının bərpa edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə tələb irəli sürüb.

Bu işlə bağlı proses yuxarı məhkəmə instansiyalarında davam edir. 
Digər xəbərlər
SON XƏBƏRLƏR