Əliyev - Paşinyan görüşü: vasitəçisiz müzakirə və... - TƏHLİL
SİYASƏT
11.07.2025, 15:43
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüş baş tutdu. Bu, Ermənsitan – Azərbaycan sülh gündəliyinin reallaşdırılması istiqamətində vacib idi.
Görüşdə vasitəçi və ya xarici aktorların iştirakı olmadan, liderlərin təkbətək və geniş tərkibdə apardığı danışıqlar formatı diplomatik prosesin keyfiyyətini və dərinliyini artıran əsas faktor idi. Müzakirələrin təxminən beş saata qədər davam etməsi və ardınca hər iki ölkənin Xarici İşlər Nazirliklərinin yayadığı pozitiv bəyanatlar göstərdi ki, danışıqlar konstruktiv atmosferdə keçib.
Bu, həm də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün birbaşa təmasların daha effektiv və məhsuldar olduğunu sübut edir.
Müqayisə üçün deyim ki, Brüssel, Moskva və ya Vaşinqton platformalarında keçirilən görüşlərdə müşahidə edilən kənar təsirlərin burada olmaması danışıqlara daha real, siyasi cəhətdən rasional və kompromisə açıq zəmin yaradıb. Azərbaycan tərəfinin uzun müddətdir irəli sürdüyü əsas diplomatik tezislərdən biri də elə bu idi: vasitəçilərsiz, ikitərəfli formatda aparılan danışıqlar nəticə gətirə bilər. Əbu-Dabi görüşü həm də bu tezisin praktik təsdiqidir.
Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, iki ölkə lideri birbaşa dialoq qurduğu zaman daha səmərəli və konstruktiv qərarlar əldə edilir. Əvvəllər baş tutmuş üçtərəfli görüşlərdə bəzi xarici aktorların maraqları, prosesə selektiv müdaxilələr və siyasi təzyiqlər situasiyanı süni şəkildə gərginləşdirirdi. Əbu-Dabi görüşü həmçinin rəsmi Bakının danışıqların yalnız formatını deyil, eyni zamanda gündəliyini də regional reallıqlara əsasən formalaşdırdığını göstərdi. Müzakirələrdə sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması, qarşılıqlı suverenliyin tanınması və gələcək münasibətlərin hüquqi çərçivəyə salınması əsas prioritetlər idi.
Düzdür, danışıqlar nəticəsində konkret sənədin imzalanmaması neqativ məqam kimi görünsə də, bu mərhələdə razılaşdırılmış mexanizmlərin və qarşılıqlı anlayışın mövcudluğu kifayət qədər müsbət siqnaldır. Çünki belə yüksək səviyyəli siyasi dialoqlarda hər addımın hüquqi sənədə çevrilməsi yox, strateji etimadın formalaşdırılması önəmlidir.
Əbu-Dabi danışıqları bir daha sübut etdi ki, ATƏT-in Minsk qrupunun ləğvi mütləqdir. Tərəflər yaxın gələcəkdə bu qrupun de-yure buraxılması ilə bağlı birgə razılaşmaya gələ bilər. Bu, həm də postmünaqişə dövrünün yeni hüquqi arxitekturasının formalaşmasına bir növ təkan verəcək.
Bütün sadalanan faktorların fonunda Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Bakı diplomatik təşəbbüsləri ələ almaqla yanaşı, real gündəliyin formalaşmasına və prosesin institusional əsaslara oturdulmasına çalışır. Azərbaycanın yanaşması, regionda davamlı sülhün yalnız beynəlxalq vasitəçilərin deyil, birbaşa tərəflərin siyasi iradəsi ilə təmin edilə biləcəyi üzərində qurulub. Bu yanaşma həm ölkəmizin, həm də ümumilikdə regionun sabitliyini və gələcəyini təmin etmək məqsədi daşıyır.
Əlbəttə ki, prosesin gələcək dinamikası bir çox amillərdən asılı olacaq. Ermənistan daxilindəki siyasi sabitlik və beynəlxalq güc mərkəzlərinin bu prosesi nə dərəcədə dəstəkləyəcəyi gedişatda həlledici rol oynayacaq. Lakin ən önəmlisi, bu görüş Cənubi Qafqazda sülhün mümkün olduğunu göstərdi. Yetər ki, tərəflərə müdaxilə edilməsin, qərarları özləri versin, prosesi özü yönləndirsin.
Yaxın zamanlarda bəznər görüşlərin baş tutması da istisna deyil.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Putinlə bağlı suala belə cavab verdi - VİDEO
Bugün, 13:40 SİYASƏT
-
Müharibədə bir ilk - ABŞ İrana qarşı yeni silahlarını işə salıb
Bugün, 13:26 GÜNDƏM
-
Deputatlar istirahətə gedir
Bugün, 13:09 SİYASƏT
-
Aparıcının hovuz əyləncəsi kabusa döndü
Bugün, 13:00 ŞOU-BİZNES
-
“Fənərbağça” tarixinin ən bahalı oyunçusunu alır – Klub rəsmiləri Fransada! (FOTO)
Bugün, 12:51 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:39 CƏMİYYƏT
-
Çempionlar Liqası: seçmə mərhələsinin cavab oyunları başlayır
Bugün, 12:32 İDMAN
-
Konfrans Liqası: 26 cavab oyunlarına start verilir
Bugün, 12:24 İDMAN
-
“Netflix” böyük dəyişikliyə hazırlaşır
Bugün, 12:19 MƏDƏNİYYƏT
-
SOCAR-da daha bir təyinat oldu
Bugün, 12:09 İQTİSADİYYAT
-
"Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini anlamıram" - Daha bir qalmaqallı məhkəmə prosesinə start verildi
Bugün, 12:08 CƏMİYYƏT
-
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs edildi
Bugün, 11:55 KRİMİNAL
-
İlham Əliyev: "İllər keçdikcə görürdüm ki, onların ümidləri yavaş-yavaş tükənir"
Bugün, 11:42 GÜNDƏM
-
İcra başçısının birinci müavini vəzifəsindən azad çıxarıldı
Bugün, 11:40 CƏMİYYƏT
-
ƏDV-nin depozit hesabında olan sərbəst vəsaitlərlə bağlı yeni qərar verildi
Bugün, 11:37 İQTİSADİYYAT
-
DİN: "Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın"
Bugün, 11:32 CƏMİYYƏT
-
PARTİYA SƏDRİNİN 17 İL ƏVVƏL ŞÜBHƏLİ ÖLÜMÜ: 25 nəfər saxlanılıb, 2 nəfər qaçıb
Bugün, 11:14 SİYASƏT
-
"Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik olunub
Bugün, 11:13 İQTİSADİYYAT
-
Xəzər dənizində qadın boğulub
Bugün, 11:12 CƏMİYYƏT
-
Türkiyə və İsrail Suriyada növbəti dəfə üz-üzə - Toqquşma olacaq?
Bugün, 10:58 GÜNDƏM
-
İlham Əliyev: "Azərbaycan və Rusiya münasibətləri normallaşıb"
Bugün, 10:58 GÜNDƏM
-
"Mən Zelenskinin mövqeyi ilə yaxşı tanışam, o..." - İlham Əliyev
Bugün, 10:39 GÜNDƏM
-
İlham Əliyevdən ABŞ-İran müharibəsinə şərh: "Bu gün nəyəsə proqnoz vermək çətindir"
Bugün, 10:29 SİYASƏT
-
İran Hörmüz boğazında daha iki yük gəmisini vurub
Bugün, 10:24 DÜNYA
-
Pensiyalar nə vaxt köçürüləcək? - Açıqlama
Bugün, 10:16 İQTİSADİYYAT
-
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb
Bugün, 10:07 CƏMİYYƏT
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda - CANLI YAYIM (Yenilənir)
Bugün, 10:01 GÜNDƏM
-
Rəsmi Tehrandan BMT Baş katibinə cavab verildi: “İranı günahlandırmaq məsuliyyətsiz və ədalətsizdir"
Bugün, 09:57 DÜNYA
-
"Avropa Şurasının Baş katibi məndən xahiş etdi ki..." - İLHAM ƏLİYEVDƏN AVROPAYA AÇIQ MESAJ
Bugün, 09:49 SİYASƏT
-
"Borrel vəzifədən getdikdən sonra... - Prezidentdən açıqlamalar
Bugün, 09:42 SİYASƏT
-
İlham Əliyev Şuşada: "Qonşularla əlaqə qurulmadan tranzit ölkəyə çevrilmək mümkün deyil"
Bugün, 09:29 GÜNDƏM
-
“Haluk Levent işi” böyüyür - Məşhur vəkil saxlanıldı
Bugün, 09:20 MƏDƏNİYYƏT
-
ABŞ-İRAN MÜHARİBƏSİ ŞİDDƏTLƏNİR: "Boğazı Tehran idarə etmir, edə bilməz" – Gecə qarşılıqlı hücumlar davam edib
Bugün, 09:04 GÜNDƏM
-
Haluk Levent milyonçunu da aldadıb? – 60 milyon dollarlıq iddia
Bugün, 00:34 MƏDƏNİYYƏT