İpoteka və Kredit Zəmanət Fondu maliyyə hesabatını yaydı

img

12-12-2019 [17:54]


İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il oktyabrın 1-nə 1 188,497 milyon manat təşkil edib.

Mia.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.

İKZF-in aktivlərinin 81,1%-ni və yaxud 963,529 mln. manatını ipoteka kreditləri təşkil edib. Son 1 ildə Fondun kredit portfeli 18,9% böyüyüb.

Hesabat dövründə İKZF-in öhdəlikləri 9,8% azalaraq 538,391 milyon manata, o cümlədən borc öhdəlikləri 11,6% azalaraq 513,439 milyon manata düşüb, Fondun balans kapitalı isə 22,4% artaraq 650,106 milyon manata çatıb.

Bu ilin 9 ayında İKZF-in faiz gəlirləri 36,813 milyon manat (ötəh ilin 9 ayına nisbətən 5,5% çox), faiz xərcləri 14,644 milyon manat (15% çox), dəyərsizləşmə üzrə zərəri 434 min manat (47,9% az), haqq və komissiya xərcləri 741 min manat (30% çox), digər gəlirləri 968 min manat (9,95% az), insan resursları üzrə xərcləri 3,086 milyon manat (31,7% çox), inzibati və digər xərcləri isə 1,909 milyon manat (24,85% çox) təşkil edib. Son nəticədə Fond yanvar-sentyabr aylarını 16,967 milyon manat mənfəətlə başa vurub. Bu, illik müqayisədə 5,4% azdır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA