Özbəkistanda benzin və dizel yanacağına aksiz vergisi artırılır

img

12-12-2019 [11:31]


Gələn il aprelin 1-dən etibarən Özbəkistanda yekun istehlakçıya satılan benzin, dizel yanacağı, maye qaz və sıxılmış qaza tətbiq olunan aksiz vergisi dərəcəsi artırılacaq.

"Report" Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu, yaxınlarda Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev tərəfindən imzalanan "2020-ci ilin dövlət büdcəsi haqqında" qanundan irəli gəlir.

Belə ki, benzin, dizel yanacağı və maye qaza tətbiq olunan aksiz vergisi dərəcəsi 22,9%, sıxılmış qaza isə 14,9% səviyyəsində indeksləşdiriləcək.

Bundan əlavə, 2020-ci ildə alkoqol və tütün məhsullarına aksiz vergi dərəcələri iki dəfə artacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA