"YAP-ın namizədlər siyahısında tanınmış simalar..." - Əli Əhmədov

img

11-12-2019 [11:04]


"Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır".

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi-sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, YAP vaxtı çatanda öz siyahısını elan edəcək: "Bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçirəcək. Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. Bu, elə vaxt olacaq ki, gec olmayacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar".Əli Əhmədov "YAP-ın namizədlər siyahısında tanınmış simalar olacaq"

Report
Digər xəbərlər
SON XƏBƏRLƏR