Tünzalə Ağayeva hara gedir?

img

10-09-2013 [14:37]


Türkiyənin ictimai kanalı TRT Türk dünyasının sənətçilərini Dənizli şəhərində keçiriləcek Türkçəviziyon Festivalında bir araya gətirəcək.

Bu il say etibarilə 4–sü təşkil olunacaq Festivalda Orta Asiya və Balkanlardan 21 ölkə iştirak edəcək.

Azərbaycanı Festivalda əməkdar artist Tünzalə Ağayeva təmsil edəcək. 

Dostlıq ve Musiqinin Yeni Pəncərəsi olan ‘’Türkçəviziyon’’ Türkçə danışan ölkələrin sənətçilərini 11 Sentyabr’da Dənizli şəhərində bir yerə toplayacaq. Dörd gün davam edəcək Festivalda sənətçilər konsert proqramları ilə çıxış edəcəklər.

TRT-nin baş Direktoru İbrahim Şahin Festival şüarının ‘’Bir dil bir ürək’’ olduğunu eləcə də xalqların bir- birini tanımalarının, qaynayıb- qarışmalarının, sevgi bağının meydana gələməsində və mədəniyyətlərin tanıdılmasında böyük rol oynayacağını söylədi.

 TRT Bakı Nümayəndəsi Yüksəl Dağercanın verdiyi məlumata gorə, Festivalda Bosniya və Herseqovina, Uyğur Muxtar vilayəti daxil olmaqla 21 ölkə iştirak edəcək. Festival 14 Sentyabr tarixində Bakı saatı ilə 23.00-da TRT Avaz ve TRT Müzik kanallarında və Azərbaycanın İctimai Televiziyası daxil olmaqla 14 ölkəsində canlı yayımlayacaq(anspress.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR