Azərbaycanla Rusiya birgə peyk rabitəsi və yayım xidmətləri göstərəcək

img

05-12-2019 [10:41]


Azərbaycanın "AzərCosmos” ASC Rusiyanın Peyk Rabitə Şirkəti (Russian Satellite Communications Company – RSCC) ilə əməkdaşlıq sazişi imzalayıb. 

Razılaşmaya görə şirkətlər birgə peyk rabitəsi və yayım xidmətləri təqdim edəcək.

Bunun üçün hər iki tərəfdaş "AzerSpace 1” və "AzerSpace 2” və "Express AM” peykləri də daxil olmaqla aktivlərindən istifadə edəcək. Xidmətlər Avropa, Yaxın Şərq, Afrika, habelə Rusiya və Azərbaycanda müxtəlif iqtisadi və dövlət idarəetmə sektorları üçün şəbəkələri birləşdirəcək.

"Bu müqavilə Rusiya ilə Azərbaycan arasında ticarət və iqtisadi əlaqələrin möhkəmlənməsinin məqbul davamıdır və onun icrası qlobal peyk bazarındakı mövcud vəziyyətdən irəli gəlir. Bu da diqqətəlayiqdir ki, Xəzər regionunda regional əməkdaşlığımızın daha yüksək səviyyədədir.

RSCC və "AzerCosmos” uzun illərdir ki, Avropa, Yaxın Şərq və Afrika bazarlarında uğurlu fəaliyyət göstərir. İki milli peyk operatorunun səylərinin birləşməsi Rusiya-Azərbaycan əməkdaşlığında yeni bir səhifə açır və yəni xarici istehlakçılar üçün müştərək ixrac imkanları yaradır”, – RSCC-nin baş direktorunun müavini Kseniya Drozdova deyib.

Xatırladaq ki, sazişi Azərbaycan tərəfindən "AzərCosmos”un sədr müavini Rövşən Rüstəmov, RSCC tərəfindən isə baş direktorun müavini Kseniya Drozdova imzalayıblar/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR