02-12-2019 [20:28]
Dekabrın 2-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Baş Polis İdarəsinin rəisi Mehmet Aktaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir Vilayət Eyvazov Mehmet Aktaşı Türkiyə Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona xidməti fəaliyyətində uğurlar arzulayıb.
İki qardaş ölkə arasındakı münasibətlərin dərin tarixi köklərə malik olduğunu məmnunluqla xatırladan general-polkovnik Vilayət Eyvazov müstəqilliyin bərpasından sonra Azərbaycan-Türkiyə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərini, onun "Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Nazir dövlətlərimizin başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin dünyaya bir nümunə olduğunu, Mehmet Aktaşın bu səfərinin də ölkələrimizin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyinə əminliyini bildirib.
Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, təhlükəsizliyin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini, bu gün Azərbaycan Polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müsbət nəticələr qazanıldığını nəzərə çatdıran nazir V.Eyvazov bu sahədə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Baş Polis İdarəsinin və Jandarm Komandanlığının rolunu, xidmətlərini məmnunluqla xatırladıb. Nazir, buna görə Mehmet Aktaşın şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.
Daha sonra o, Daxili İşlər Nazirliyinin funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, həmçinin ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz ictimai-siyasi sabitliyin, əmin-amanlığın etibarlı şəkildə qorunması barədə məlumat verib.
Problemlərə toxunan Vilayət Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində saxlanıldığını, qlobal xarakter almış terrorçuluğun bütün forma və təzahürlərinin tərəfimizdən də kəskin şəkildə qınandığını, belə təhlükələrə qarşı yalnız birgə səylərlə səmərəli mübarizənin aparılmasının mümkünlüyünü vurğulayıb.
Səmimi görüşə, xoş sözlərə və ətraflı məlumata görə təşəkkür edən Türkiyə Baş Polis İdarəsinin rəisi Mehmet Aktaş ölkəsinin Daxili İşlər naziri Süleyman Soylunun salamlarını general-polkovnik Vilayət Eyvazova çatdırıb.
O, qardaş Azərbaycanın qısa müddətdə qürur duyulacaq səviyyədə möhtəşəm inkişaf yolu keçməsindən, əlaqələrimizin günbəgün genişlənməsindən məmnunluğunu ifadə edib. Qonaq deyib ki, dost və qardaş dövlətlərimiz dünyada və bölgədə sülhün və ədalətin bərqərar edilməsinə, əmin-amanlığa və ictimai təhlükəsizliyə ciddi təhdid olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış edir.
M.Aktaş iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini bildirib.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
Qəbulda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirak edib.
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar