Bu gün Siyavuş Aslanın doğum günüdür

img

05-09-2013 [10:40]


Bu gün Azərbaycan tanınmış teatr və kino aktyoru, xalq artisti Siyavuş Aslanın doğum günüdür. Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub.

Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub.

Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996). Görkəmli aktyor televiziya tamaşalarında yüzdən çox obraz ifa edib. Siyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

"Şərəf" ordeni ilə iyunun 25-də təltif edilən aktyor ağır xəstəlikdən sonra iyunun 27-də Bakıda vəfat edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib