Prezident Saleh Məmmədova "şişirtmə rəqəmləri, elə yamaqlayırsınız, belə olmaz" dedi, sədr isə... - VİDEO

img

29-10-2019 [11:16]


Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. 

Rəqəmləri səhv deyən sədrə prezident irad tutub: "Qəbələ rayonunda cəmi 60 kənd, 1 şəhər və 3 qəsəbə var. Şişirtmə rəqəmləri".

Saleh Məmmədov isə  "Səhv dedim, bağışlayın cənab Prezident" -deyə cavab verib.

Ölkə başçısı daha sonra qeyd edib ki, biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. 

Dövlət başçısı söyləyib ki, şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz.

Prezident daha sonra əlavə edib ki, Şamaxı-İsmayıllı yolunda sürüşmə olub – amma bir yerdə.

"Amma yolun İsmayıllıya qalan hissəsi bərbad vəziyyətdədir. Hamısı yamaq. Özü də o yolun əsası yoxdur. Heç vaxt olmayıb. Elə yamaqlayırsınız, yamaqlayırsınız, belə olmaz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə”.

Maraqlı dialoqla aşağıdakı videolardan tanış ola bilərsiniz:
 



Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA