23-10-2019 [18:03]
Oktyabrın 23-də Bakı Şəhər Baş Polis İdarəsində cari ilin doqquz ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müşavirəni açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar, müvafiq dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının birgə səmərəli fəaliyyətin təkmilləşməsinə hərtərəfli şərait yaratmış, yeni mərhələdə islahatların dərinləşdirilməsi müasir çağırışlara uyğun paytaxt polisinin də maddi-texniki bazasının möhkəmləndirilməsinə öz müsbət təsirini göstərib.
Sonra Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovniki Teymur Hacıyev cari ilin 9 ayında paytaxtın polis orqan və hissələri tərəfindən həyata keçirilən tədbirlərin nəticələri və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, 2019-cu ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 8023 cinayət qeydə alınıb ki, onların da 87,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 12,3 faizi isə ağır və xüsusilə ağır növlər olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlər 3,2 faiz, az ağır cinayətlər 1,5 faiz, böyük ictimai təhlükə törətməyən cinayətlər 9,5 faiz, adam öldürməyə cəhdlər 13,6 faiz, ehtiyatsızlıqdan adam öldürmə 20 faiz, mülkiyyət əleyhinə cinayətlər 12 faiz azaldıb.
İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 93,9 faizi ödətdirilib.
Məruzəçi bildirib ki, qarşımızda duran mühüm vəzifələr sırasında vətəndaşların ərizə və şikayətlərinə baxılması, onları qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə daxil olan müraciətlər üzrə 1390 vətəndaş qəbul edilib.
Məruzəətrafı çıxışlarda Bakı Şəhər BPİ-nin və rayon polis idarələrinin rəisləri hesabat dövründə əldə olunmuş müsbət nəticələri, yol verilmiş nöqsan və çatışmazlıqları qeyd edərək, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirləri diqqətə çatdırıblar.
Baş İdarə rəisi paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun konkret tapşırıq və tövsiyələrini çatdırıb, nöqsanların aradan qaldırılması yollarını göstərib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib.
Müşavirəyə yekun vuran polis general-mayoru Mirqafar Seyidov Daxili İşlər Nazirliyinin rəhbərliyini, şəxsən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovu əmin edib ki, paytaxt polisi bundan sonra da şəhər ərazisində cinayətkarlıqla qətiyyətli mübarizəni əzmlə davam etdirəcək, sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyulan bütün tapşırıq və vəzifələri yüksək məsuliyyətlə və peşəkarlıqla yerinə yetirəcək.
Türkiyədə qazın qiyməti qalxdı - 25 faizə yaxın
Azərbaycan diasporunun rəhbəri Rusiyada küçədə həbs edildi - Yerə yıxaraq... (VİDEO, FOTO)
Bu gün Azərbaycan Polisi yaranmasından 107 il ötür
"Jurnalistlərin binası"nda qaz problemi yaranıb - "Azəriqaz" isə şikayətləri "qulaqardı"na vurur
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
"Arsenal" qapıçı transfer edib
Sabiq prezident fırıldaqla üzləşib - AÇIQLAMA
"Barselona" oyunçusunu icarəyə verib
Milli Məclis bəyanat yayıb
Məşhur aktyor saxlanılıb
Ərdoğan Tatarıstan prezidenti ilə qapalı görüş keçirib - FOTO
Sədr müavini istefa verdi
AHİK qaynayır: Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir?
Türkiyəli məmurları "topa tutan" şəxs türmədən çıxan kimi öldü
CHP-nın "alınmaz qalası"nda əməliyyat - Təşkilat sədri və bələdiyyə mənsubları saxlanıldı
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
Zelenski Əliyevə zəng edib
Əfqanıstanın yeni səfiri Moskvaya gedib
"Sputnik Azərbaycan" işi: saxlanılan şəxslər barəsində qərar verildi
Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb
Sabahdan külək güclənəcək
Prezident yeni cəzaları təsdiqləyib
Sabahdan rayonlara leysan yağacaq
Məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Azərbaycan və Şimali Makedoniyanın diplomatik pasport sahibləri vizadan azad edilib
Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri açıqlanıb
Təkrar sertifikatlaşdırma: 2300-dən çox müəllim işdən çıxarıldı
Kinostudiyasının ərazisində zərərsizləşdirmə aparılır
Kreml Ermənistanı Qərbə istiqamətlənməkdə ittiham edib
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Rusiya XİN: ""3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik"
Paşinyan II Qareginin istefasını tələb edib
Gürcüstanın müvəqqəti işlər vəkili Böyük Britaniya XİN-ə çağırılıb
Baş prokuror Səfərov qardaşlarının öldürülməsi faktı ilə bağlı cinayət işi başladıb
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb
Tramp bu ölkəyə qarşı sanksiyaları ləğv etdi
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
"Beşiktaş" ingilis hücumçunu İstanbula dəvət edib
"Fənərbağça" kolumbiyalı hücumçu ilə anlaşıb
Azərbaycan səfiri Rusiya XİN-də - Bir saatlıq müzakirə olub
İlham Əliyev Ruanda Prezidentini təbrik edib