“Azercell”in “Kabinetim” mobil tətbiqi yeniləndi

img

21-10-2019 [18:20]


Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkənin  lider mobil operatoru "Azercell Telekom” MMC "Kabinetim” mobil tətbiqinin funksionallığını artırmağa davam edir.

Belə ki, digər imkanlarla yanaşı istifadəçilər artıq sadələşdirilmiş giriş təcrübəsindən yararlana, onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət edə, tariflərin kataloqunu nəzərdən keçirə, tarif paketlərini asanlıqla aktiv edə və QR skan ilə xidmətlərə qoşula biləcəklər.  

Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə işlənib hazırlanıb. Həm iOS, həm də Android əməliyyat sistemlərini dəstəkləyən yenilənmiş tətbiqi ödənişsiz olaraq, Playstore və Appstore-dan yükləmək mümkündür. Tətbiq avtomatik yenilənmədiyi halda, yükləmə üçün  bit.ly/Kabinetim keçidindən istifadə edilməlidir.

"Azercell” "Kabinetim” tətbiqini yüklə və nömrənə daha asan nəzarət et!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA