Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir (Yenilənib)
07-10-2025 [11:04]
Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib.
Mia.az xəbər verir ki, iclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşü çərçivəsində baş tutub.
Toplantıda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT-yə üzv ölkələr arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, həm də gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır.
"Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının ikiyə çatdırılması əməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçün fürsət yaradıb", - deyə nazir əlavə edib.
Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişinin son dərəcə vacib olduğuna diqqət çəkən C.Bayramov qeyd edib ki, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında TDT-nin gücü birliyin rəmzi kimi daha mühüm rol oynamaq potensialına malikdir.
"Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb", - deyə o bildirib.
Nazir diqqətə çatdırıb ki, TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır:
"Təşkilat bu istiqamət üzrə nəhəng imkanlara malikdir. Bu xətt, eyni zamanda, Orta Dəhlizin ayrılmaz parçasıdır. Vaşinqton Zirvə Görüşü çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRIPP marşrutunun bəyan edilməsi regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır".
TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı işini müzakirələrlə davam etdirib.
***
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb.
Mia.az xəbər verir ki, iclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşü çərçivəsində keçirilir.
Hikmət Hacıyev: "Türk dünyası qlobal güc mərkəzinə çevrilməkdədir"
AMEA-da Gənclər Akademiyası yaradılır
Mətbuat katibini bıçaqlayan keçmş əri sirkə içib - "Evə qalxanda Tural liftin qarşısında onların önünü kəsib" (VİDEO) - YENİLƏNİB
"Çay" yükünün içərisində 105 kq narkotik vasitə aşkarlanıb
Oktyabr ayında bu 5 bürcü nə gözləyir?
Deputat QHT sədrinə hirsləndi: “Kiminlə kimi müqayisə edirsiniz? Şəxsən mənim üçün ayıbdır" - "Moşşennik”dir"
“Cəhənnəm Necati” hava limannda tutuldu - FOTOLAR
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
Qurbanqulu Berdiməhəmmədov Qəbələyə gəlib
Şəmkirdə arvadını öldürən şəxs tutulub
Sosial mediada silah paylaşan 23 nəfər tutulub - Ankarada
Mersində avtobus dərəyə aşıb - 5 nəfər ölüb, 14 yaralı var
Azərbaycan nefti bahalaşdı - 70 dolları ötdü
Azərbaycana 22 kiloqramdan çox narkotik keçirmək istəyiblər
Hələbdə hökumət qüvvələri ilə kürd silahlıları toqquşdu, daha sonra isə... - Ölən və yaralananlar var
Səlim Müslümovun oğlu ilə bağlı maraqlı iddia yayıldı - FOTO
Vəfat edən sabiq nazirin vəzifəsinə təyinat olacaq - Bu tarixdə
Almaniya kansleri: "İsrail yoxdursa, biz də yoxuq!"
Mauro İkardi niyə ruhdan düşüb? - Üç səbəb var
PUTİNLƏ NETANYAHU ZƏNGLƏŞDİ: Qəzza planı, İran və Suriya...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İstanbulda qalmaqallı işdə adı hallanan vəkil güllələndi - 5 nəfər saxlanıldı (FOTO)
Gürcüstanın Baş naziri keçmiş prezidenti "xarici agent" adlandırıb
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Ceyhun Bayramov Qəbələdə - Hakan Fidanla görüş olub
Arzu Əliyeva Şamaxıda - FOTOLAR
YENİ İLDƏ NEÇƏ GÜN İŞ OLMAYACAQ?
Ermənilər Bakıda hakim qarşısında: Gəncəyə zərbələrlə bağlı sənədlər elan edilib (YENİLƏNİB)
Hakan Fidan Qəbələdədir
İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşına 11 bıçaq zərbəsi vurulub - Şirvanda (Yenilənib)
Ağsaqqallar Şurasının keçmiş sədri haqda yeni qərar verildi - Saleh Səmədov həbsdə qalacaq
Özbəkistan yığması məşhur Baş məşqçiyə həvalə olundu
"Sənə zəng edirəm, niyə telefonu qaldırmırsan?" - Deputatan şirkət rəhbərinə qəzəbli mesaj
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
İlham Əliyev Qəbələdə Şimali Kiprin Prezidenti ilə görüşüb
Tokayev Qəbələyə gəlib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rodri İspaniya yığmasının heyətindən kənarlaşdırıldı - Səbəb
“Bakcell”in meqa lotereyasının qalibi bəlli oldu - FOTO
9 saxta tanınma şəhadətnaməsi aşkarlanıb
Zakir Həsənov Böyük Britaniya səfiri ilə görüşüb - Müzakirə
Türkiyədə fahişə alverinə qarşı əməliyyat: aralarında ər-arvadlar da olan 16 nəfər saxlanılıb (FOTO)
"Qalatasaray"ın futbolçusu bir ay meydana çıxa bilməyəcək