Mətbuat katibini bıçaqlayan keçmş əri sirkə içib - "Evə qalxanda Tural liftin qarşısında onların önünü kəsib" (VİDEO) - YENİLƏNİB
07-10-2025 [11:25]
Oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın "bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları" diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Şirvan şəhər prokurorluğunun Mia.az-a məlumata görə, aparılmış araşdırma zamanı 1988-ci il Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
***
Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.
Mia.az-ın APA-ya istinadən məlumatına görə, oktyabrın 6-sı keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran 1986-cı il təvəllüdlü Şirvan sakini Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.
O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.
Qeyd edək ki, T. Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı.
***
TƏBİB-dən bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) bu gün saat 08:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
***
Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva əri tərəfindən fiziki zorakılığa məruz qalaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı zərərçəkənin dayısı Vüqar Ağayev açıqlama verib.
“Bir həftə əvvəl rəsmi boşanıblar. Bu gün qız işdən qayıdanda anası və iki uşağı da yanında olub. Evə qalxanda Tural liftin qarşısında onların önünü kəsib. Çünki bilirdi ki, Lamiyəgilin qapısında təhlükəsizlik kameraları var. Birinci 11 bıçaq vurub, sonra başını divara çırpıb. Başını kəsmək istəyəndə qız başını qaçırıb, bıçaq ağız nahiyəsini də kəsib. Hadisə uşaqların gözü qarşısında olub”.
Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən L.Qanbayevanın keçmiş həyat yoldaşı 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib
DTX-dən daha bir şok əməliyyat: xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxsi qandallandı
İCRA BAŞÇISININ KÜRƏKƏNİ RƏİS TƏYİN EDİLDİ - Gömrük Komitəsində daha bir diqqətçəkən dəyişiklik oldu
“Azergold”da növbəti tender müəmması - ADI DƏLƏDUZLUQDA HALLANAN ŞİRKƏTİ KİMLƏR QALİB EDİB?
Mübariz Mənsimovdan haqqındakı iddiaya reaksiya: "O televiziya kanalı ilə heç bir əlaqəm yoxdur və..."
Attestat və diplomlar yalnız elektron qaydada veriləcək
Beş ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb - Səbəb
Ukrayna BMT TŞ-nin təcili toplantısnı tələb etdi - Rusiyanın "Oreşnik" hücumuna görə
Bakı-Moskva-Bakı marşrutu üzrə reyslər ləğv olunub
Hondurasda deputatın üstünə bomba atıblar - FOTO
Sabah yağış yağacaq
Bakıda müəllim direktor müavinini döyüb
Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram”
Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib - FOTOLAR
Ağdərənin 4 kəndinə köç olub
Həkimin cinayət işi məhkəməyə göndərilib
Ekspert: "Bu qədər etinasızlıq, bu qədər məsuliyyətsizlik olmaz"
Rodrigez: "Biz oğurlanmış Maduroya sadiqik"
Cəbrayıl və Füzulidə baş verən yanğın söndürülüb
Ermənistanlı nazir: "Azərbaycandan 7,6 min ton neft məhsullarının idxalını gözləyirik"
Qrip yayılır, məktəblər bağlanacaq? - Rəsmi açıqlama + VİDEO
Suriya hökumətinin YPG terror təşkilatına verdiyi növbəti vaxt bitdi - YPG-lilər təslim olur, yoxsa...?
“Adore” saxta parfüm satır? - Şikayət + Açıqlama
Azərbaycan neftinin qiyməti 65 dolları ötdü
Müdafiə Sənayesi Nazirliyinin vəzifəli şəxsi qonşularına problem yaradıb: it və atlar saxlayır və... - VİDEO, FOTO
"İranda rejim çökərsə..." - Şahin Cəfərlidən şərh
Qumar borcuna görə canına qıyan müəllimin son vəsiyyəti yerinə yetirilib - Sedat Peker tərəfindən
İstanbulda süh tezdən 7 nəhəng şirkətin rəhbərləri həbs edilib - Qızıl qaçaqmalçılığı
Sumqayıtda zavodda partlayış olub - Operator xəsarətləri alıb